Toronto — Kanadada ən böyük şəhər. Ontario əyalətinin mərkəz şəhəridir. Əhalisinin sayı 2,7 milyondan çoxdur.

Kanadada əhalinin ən çox məskunlaşdığı şəhər hesab olunur. Bölgə (Böyük Toronto Ərazisi; Greater Toronto Area - GTA) əhalisinin sayı 5.113.149 nəfərdir. Toronto beynəlxalq ticarət, maliyyə, incəsənət və mədəniyyət mərkəzi olmaqla, dünyanın ən multikultural və kosmopolitan şəhərlərindən biri kimi tanınır. İnsanlar artıq 10.000 ildən çoxdur ki, çaylar, dərələr və meşələrdən ibarət geniş yamaclı bir yaylada yerləşən Torontonun ərazisində məskunlaşmışlar. Şəhər, Kanadanın ən böyük 5 bankının mərkəzi olan və bir çox böyük yerli və xarici şirkətin əsas qərargahı sayılan Toronto Birjasına ev sahibliyi etməkdədir. İqtisadiyyatı texnologiya, dizayn, maliyyə xidmətləri, təhsil, incəsənət, moda, biznes xidmətləri, ekoloji yeniliklər, qida xidmətləri və turizm sahələrində bir sıra üstünlüklərə malikdir.

Tarixi thumb|Toronto şəhərinin ümumi görünüşü

XIX əsrə qədər XIX əsr

XX əsr XXI əsr

Coğrafiya Mədəniyyəti

Turizm İdman

Yarışlar İqtisadiyyat

Memarlıq Təhsil Torontoda ibtidai və orta təhsili təmin edən dörd ictimai məktəb şurası fəaliyyət göstərir: "Gələcəyim"Katolik Məktəb Şurası, Viamonde Məktəblər Şurası(CSV), Toronto Katolik Rayon Məktəblər Şurası(TCDSB) və Toronto Şəhər İdarə Heyəti(TDSB). CSV və TDSB dünyəvi dövlət məktəb şuralarıdır, lakin "Gələcəyim" və TCDSB isə ayrıca ictimai məktəb şuraları olaraq fəaliyyət göstərir.

Torontonun bu dörd əsas məktəb şuraları içərisində TDSB digərlərinə nisbətən daha çox təhsil ocağını əhatə edir. Buraya aiddir: 451 ibtidai məktəb, 105 orta məktəb və beş böyüklər üçün nəzərdə tutulmuş təhsil mərkəzi. TCDSB-nin fəaliyyətinə isə 163 ibtidai məktəb, 29 orta məktəb, üç birləşdirilmiş müəssisə və bir böyüklər üçün nəzərdə tutulan tədris mərkəzi aid edilir. CSV şəhərdə 11 ibtidai məktəb və üç orta məktəbdə, "Gələcəyim" isə Torontoda sadəcə doqquz ibtidai məktəb və üç orta məktəbdə fəaliyyət göstərir.

Torontoda həmçinin bir sıra ali təhsil ocaqları da fəaliyyət göstərir. Burada üç dövlət universiteti mövcuddur: Toronto Universiteti, OCAD Universiteti və Ryerson Universiteti. Hazırda Toronto Universitetinin iki filialı var. Bunlardan biri şəhərin şərq əyaləti olan Skarboroda, digəri isə Mississauga şəhərində yerləşir. Torontoda fəaliyyət göstərən digər bir dövlət universiteti "York Universiteti"dir. O, şəhərin şimal-qərb hissəsində fəaliyyət göstərir.

Şəhərdə fəaliyyət göstərən kolleclərin sayı isə dörddür: Centennial College, George Brown College, Humber College, və Seneca College. Toronto Xalq kitabxanası 100 şöbədən ibarətdir.

Qardaş şəhərləri

Tərəfdaşlıq münasibətləri 20px Çongçing, Çin (1986) 20px Frankfurt, Almaniya (1989) 20px Çikaqo,İllinoys, Amerika Birləşmiş Ştatları (1991) 20px Milan, İtaliya (2003)

Dostluq münasibətləri 20px Varşava, Polşa (1990) 20px Saqamihara, Yaponiya (1991) 20px Kiyev, Ukrayna (1992) 20px Hoşimin, Vyetnam (2006) 20px Kito, Ekvador (2006) 20px Rio-de-Janeyro, Braziliya (2015)

Faktlar "The Economist" jurnalının açıqladığı reytinq siyasında Toronto təhlükəsizlik, həyat səviyyəsi və yaşayış minimumu meyarına görə birinci olub.

Həmçinin bax Monreal Toronto Universiteti

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Toronto