thumb|Ballıbadı Bamiyə və ya Tulumba () — Azərbaycan mətbəxinə, həmçinin Türkiyə və Balkan ölkələrinə aid şirniyyat növüdür.
Lazım olan məmulatlar Əla növ buğda unu – 527q, şəkər tozu – 235q, yumurta – 1 əd., bitki yağı – 120q, çay sodası – 0,5q, duz – 5q.
Hazırlanma qaydası Una çay sodası və qaynar su əlavə edib xəmir yoğurulur və soyuduqdan sonra ona yumurta qatılır. Xəmir ətçəkən maşından keçirilir. Lakin ətçəkən maşına bıçaq yerinə 0,15 mm qalınlığında və ortasında 0,15 mm diametr ölçüdə xırda dişləri olan metal lövhəcik qoyulur. Ətçəkən maşından çıxan burma xəmir 7–8 sm uzunluqda bərabər hissələrə bölünür. Bamiyə bitki yağı frityurunda qızardılır, şəkər şərbətində hopdurulur və quruduqdan sonra üstünə şəkər pudrası səpilir.
Mənbə Ballıbadı
Kateqoriya:Azərbaycan şirniyyatları Kateqoriya:İran mətbəxi Kateqoriya:Türkiyə şirniyyatları Kateqoriya:Qidalar Kateqoriya:Misir mətbəxi Kateqoriya:Konfetlər Kateqoriya:Albaniya mətbəxi Kateqoriya:Bolqarıstan mətbəxi Kateqoriya:Bosniya və Herseqovina mətbəxi Kateqoriya:Kipr mətbəxi Kateqoriya:Osmanlı mətbəxi Kateqoriya:Serbiya mətbəxi Kateqoriya:Şimali Makedoniya mətbəxi Kateqoriya:Yəmən mətbəxi