Daewoo (Deu — "Dae" Hanqıl: 대. Koreya dilində Böyük və "Woo" Hanqıl: 우. Koreya dilində Təsisçi Kim Vu-çunqun adından götürülmüşdür) və ya Daewoo Group — Cənubi Koreyanın ən böyük çebollarından biri. Kompaniya 1967-ci ilin mart ayının 22-də Daewoo Industrial adı ilə yaranmışdır. 1999-cu ildə Cənubi Koreya hakimiyyəti tərəfindən ləğv olunur. Şirkətə daxil olan digər şirkətlər isə fəaliyyətini davam etdirir. Bir çoxları isə General Motorsun tabeliyinə keçir. Daewoo Groupa daxil olan 20-yə yaxın şirkətlərdən bəziləri bu günə kimi fəaliyyətini davam etdirir.

1992-ci ildə Özbəkistanın UzDaewooAuto şirkəti yaranır. 1982-ci ildən fəaliyyət göstərən Daewoo Motors 2002-ci ildə tam şəkildə GM Daewoo oldu. GM Daewoo 2011-ci ildə adını dəyişərək GM Korea oldu.

Bölmələri Daewoo kompaniyası elektronika, məişət texnikası, avtomobil istehsalı ilə məşğul idi. Daewoo Groupun tərkibində 20-yə yaxın şirkətlər var idi. Daewoo Cənubi Koreyada ikinci ən böyük konqlomerat idi. Daewoo LG və Samsung şirkətlərini keçərək yalnız Hyundaidən geri qalırdı. Daewoo Groupun ən əsas korporasiyaları bunlardır: Daewoo Electronics — beynəlxalq elektronika istehsalçısı. Posco Daewoo — ən böyük Cənubi Koreya ticarət markası. Daewoo Heavy Industries (DHI) — ağır sənaye. Daewoo Shipbuilding & Marine Engineering — gəmiqayırma və gəmi mühəndisliyi. Yeni adı ilə DSME. Mirae Aseet Daewoo — sığorta. Daewoo Telecom — telekommunikasiya. Daewoo Construction — xüsusilə Yaxın Şərq və Afrikada magistral, damba, göydələn tikintisi ilə məşğul olan şirkət. Daewoo Development Company — əsasən mehmanxanaların tikintisi ilə məşğul olan şirkət. Daewoo Motors — avtomobil istehsalçısı. Zyle Daewoo Motor Sales — Daewoo avtomobillərin satışı. Daewoo Precision Industries Daewoo Textile Co. Ltd. IAE (Institute for Advanced Engineering) Daewoo Bus — avtobus istehsalçısı.

Kateqoriya:1967-ci ildə yarananlar Kateqoriya:Daewoo Kateqoriya:Əvvəllər London Fond Birjasında siyahıya alınmış şirkətlər Kateqoriya:Cənubi Koreya brendləri Kateqoriya:Avtomobil markaları Kateqoriya:Köhnə avtomobil markaları