Əli bəy Hüseynzadə küçəsi, 51 ünvanında yerləşən yaşayış binası – Gəncə şəhərində yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi. Gəncə üçün xarakterik olan “Günbəzli ev”lərin dövrümüzə çatmış azsaylı nümunələrindən biridir.

Memarlıq xüsusiyyətləri

1:3 metr ölçülü evin üstü günbəzlə örtülmüşdür. Adətən bu cür dam örtüyünə malik evlərin (Nizami 33 və Şəddadilər 24) düzbucaqlı təməl planı tərəflərin nisbətinə görə kvadrata yaxın olsa da, Əli bəy Hüseynzadə küçəsi, 51 ünvanında yerləşən yaşayış binasında bu qanunauyğunluq pozulmuşdur. Bununla evin interyerinin həllində də daha sadə dizayna üstünlük verilmiş, divarlar yalnız gəc üzərində sqraffito tipli oyma ilə bəzədilmişdir.

</center> İstinadlar

Ədəbiyyat

Kateqoriya:Gəncə abidələri Kateqoriya:Gəncə memarlığı Kateqoriya:Gəncənin görməli yerləri Kateqoriya:XIX əsr memarlığı Kateqoriya:XIX əsrdə tamamlanmış tikililər Kateqoriya:Arran memarlıq məktəbi Kateqoriya:Azərbaycanın tarixi evləri