Kürəkən İbrahim Paşa türbəsi – İstanbulun Fateh rayonunda XVII əsrin əvvəllərinə aid türbə.

Türbə 1603-cü ildə Dalğıc Əhməd ağa tərəfindən inşa edilmişdir. Səkkizbucaqlı və tək gümbəzli planla inşa olunan türbənin giriş cəbhəsi xaric, bütün cəbhələrində altlı-üstlü pəncərələri var.

Türbədə 2 mərmər məzar sandığı yerləşir. Bunlardan kavuk papaqlı olanı Sultan Mehmed səltənəti sədrəzəmlərindən Bosniyalı İbrahim Paşaya, digəri isə paşanın gənc yaşda vəfat edən oğluna aiddir.

Mənbə

Taş İstanbul - Damad İbrahim Paşa türbesi

Kateqoriya:Osmanlı türbələri