Ronald Din Koleman (və ya KoulmanРыбакин А. И. Словарь английских фамилий. — М.: Астрель, АСТ, 2000. — С. 122. — 576 с., ) — peşəkar bodibilder, bir çox reytinqli yarışların və Mister Olimpiya müsabiqəsinin səkkizqat qalibi. Bütün zamanların ən məşhur bodibilderlərindən biri hesab olunur.
Bioqrafiyası right|thumb|Ronni Koleman və həyat yoldaşı Rouede Kristin Açkar Ronald Din Koleman 13 may 1964-cü ildə Luiziana ştatının Monro şəhərində anadan olmuşdur. Daha sonra ailəsi qonşu Bastrop şəhərinə köçmüşdür. Ronninin anası Cessi Benton fiziki cəhətdən çox zəif qadın idi və Ronnini dünyaya gətirən zaman ölüm təhlükəsini belə yaşamışdır. Yeni dünyaya gəlmiş Ronninin ölçüləri həkimləri belə qorxuya salmışdır. Ronni 12 yaşında olan zaman artıq onun fenomen genetik quruluşu diqqəti cəlb edirdi: boy — 180 sm, çəki — 80 kq.
Koleman 1986-cı ildə Qremblinq Dövlət Universitetini (GSU) bitirmiş və mühasibat uçotu ixtisasına yiyələnmişdir. Ronni iki il fastfud restoran şəbəkələrində mühasib işləmişdir. Daha sonra Ronni anlamışdır ki, mühasiblik onun üçün deyil və uşaqlıq arzusunu həyata keçirmək məqsədi ilə polis məktəbinə ərizə ilə müraciət etmişdir.
İlk vaxtlar Ronni daha çox pauerliftinqlə məşğul olurdu. Bir gün polis həmkarları onu yeni açılmış "Metrofleks" trenajor zalına dəvət etdilər. Bu an Ronni Kolemanın bodibildinq karyerasının başlanğıcı idi. 1991-ci ildən Ronni bodibildinqlə peşəkar şəkildə məşğul olmağa qərar verdi. 2007-ci ildə Ronni Mister Olimpiya müsabiqəsində dördüncü yer tutduqdan sonra idman karyerasını bitirdiyini açıqladı.
Koleman Texas ştatının (Arlinqton şəhəri) ehtiyatda olan polis işçisidir. Ronni Koleman 43 yaşında, 2007-ci ilin dekabrında livan-fransız mənşəli Rouede Kristin Açkar (Rouaida Christine Achkar) ilə ailə həyatı qurdu, ancaq bu evlilik uzun çəkmədi və ayrıldılar. 11 aprel 2016-cı ildə Koleman şəxsi məşqiçisi Syuzan Uilyamson ilə ailə qurdu. Onların 4 qızı var.Ronnie Coleman: The King (2018)
Uğurları
Antropometrik göstəriciləri Boy — 180 smRonnie Coleman. Bodybuilding.com Yarış öncəsi çəkisi — 133 kq Yarışdan kənar çəkisi — 149 kq Biseps — 61 sm Bud — 87 sm Döş qəfəsi — 148 sm Bel — 87 sm
Filmoqrafiya İlFilm1998Ronnie Coleman: The First Training Video2000Ronnie Coleman: The Unbelievable2003Ronnie Coleman: The Cost of Redemption2006Ronnie Coleman: Relentless2008Ronnie Coleman: Invincible2009Ronnie Coleman: The Last Training Video2018Ronnie Coleman: The King
İstinadlar
Qalereya
Xarici keçidlər Официальный сайт Ронни Коулмана Подробная биография Ронни Коулмана на сайте Body-bar.ru Интервью с Чемпионом
Kateqoriya:Luizianada doğulanlar Kateqoriya:Afroamerikalılar Kateqoriya:ABŞ polisləri