+Salyut 7200x200px|Salam İnsignia200x200px|Salam 7Tapşırıq statistikalarıAdı vəzifələri:Salam 7Zəng kodu:Salam 7Start:19 aprel 198219:45:00 UTCБайконур, SSRİQaytarılması:7 fevral 1991Ekipaj:6 uzun müddəli4 qısa müddətliTapşırıq müddəti:816 günOrbitdə:3.216 günüTrayektoriya sayı:51.917Period:89,2Ən uzaq nöqtə:278 mƏn yaxın nöqtə:219 mƏyilmə bucağı51,6°Qət edilənməsafə:~2,106,297,129 mOrbitdəki çəkisi:19.000 kq Salyut 7 — Sovet İttifaqı tərəfindən 19 aprel 1982-ci ildə orbitə çıxarılan kosmik stansiyasıdır. Salyut seriyası stansiyaların sonuncusudur. Salyut 6 -nın ehtiyat stansiyası olaraq orbitə göndərilmişdir, təchizatı və xaraktesitkaları demək olar ki oxşar olub. Orbitdə olarkan müxtəlif nasazlıqlar baş vermişdir, ancaq göndəriliən Soyuz və Progress kosmik gəmiləri ilə orbitə çıxan təcrübəli və bacarıqlı kosmonavtların səyi ilə bu problemlər aradan qaldırıldı. Sentyabr 1983 -cü ildə yanacaq borusunda baş vermiş zədələnmə nəticəsində kosmosa əlavə yürüyüşlərin edilməsi vacib hal aldı. Dörd il iki aylıq tapşırıq müddəti ərzində altı dəfə əsas və dörd dəfə isə əlavə uçuşlarda iştirak edən fransız və hindli kosmonavtlarında daxil olduğu, 10 nəfərlik ekipaj stansiyanı ziyarət etmişdir. Onlar arasında kosmosa çıxan ikinci və kosmik yürüyüş edən ilk qadın Svetlana Savitskaya da vardır.
Salyut 6 -da olduğu kimi, stansiyanın hər iki tərəfində iki birləşmə qapısı var. Bununlada Progress təhcizat gəmisi stansiyaya rahatlıqla birləşirdi. İkisi üfüqi, üçüncü isə şaquli müstəvidə yuaxrı doğru olmaqla üç ədəd günəş paneli təhciz olunmuşdur. Salyut 7, əvvəlki Salyut seriyaları ilə müqayisədə bir az lüks idi: Elektrik sobaları, soyuducu, daim isti su, komanda masasında velosiped oturacağına bənzəyən yeni dizaynlı stullar. Pəncərələrdən ikisi infeksiyanı məhv etmək üçün ultrabənövşəyi şüaları udmaq üçün hazırlanmışdır. Salyut 6-dakı BST-1M teleskopu rentgen sensoru ilə əvəz edildi.
İstinadlar
Kateqoriya:1982-ci ildə SSRİ Kateqoriya:Kosmik stansiyalar