Zəbanilər () — İslam esxatologiyasında cəhənnəm mələkləri və ya ölüm zamanı ruhları aparan mələklər . Adları Quran kitabının Ələq surəsində keçir: "Biz də zəbaniləri (Cəhənnəmdəki əzab mələklərini) çağıracağıq!". Təhrim surəsi () sərt və güclü mələklər haqqında bəhs edilir: "Allahın onlara verdiyi əmrlərə asi olamayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir)". Muddəssir surəsinin 30-cu ayəsinə görə, Zəbani mələklərin sayı 19-dur.

İslam rəvayətinə əsasən, Zəbanilər mələkləri qandallar və zəncirlərlə günahkarları qarşılayacaqlar. Mələklər onları dəmir kötəkləriylə döyəcəklər və hər dəfə onlar oradan çıxmaq istəyəndə mələklər onları geri qaytaracaqlar.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:İslam Kateqoriya:Yaxın Şərq mifologiyası Kateqoriya:Quranda adı çəkilənlər