Caqacuqçay — Quba və Xaçmaz rayonları ərazisindən axaraq Xəzər dənizinə tökülür.

Ümumi məlumat Uzunluğu 65 km, hövzəsinin sahəsi 288 km²-dir. Başlanğıcını Buluddağın yamacından (1780 m) alır. Axımı yağış, qismən də yeraltı sulardan əmələ gəlir. İllik axımın çox hissəsi (50-60%) yaz fəsdində keçir. Yaz-yay aylarında yağan yağışlar çayda daşqınlar. əmələ gətirir. Çaydan suvarma işlərində istifadə edilir.

Həmçinin bax Azərbaycan çayları

Mənbə Caqacuqçay

Kateqoriya:Azərbaycan çayları Kateqoriya:Xəzər dənizinə tökülən çaylar