thumb|upright|250px|Muzeylər adasının xəritəsi (qırmızı)
Muzeylər adası () — Almaniyanın paytaxtı Berlinin Mitte inzibati dairəsindən keçən Şpree çayının üzərindəki kiçik bir adanın şimal hissəsində sahəsi 1 kvadrat kilometr olan muzeylər kompleksi. 1990-cı ildə Almaniyanın birləşməsi ilə 1945-ci ildən bəri şərq və qərbə bölünən kolleksiyanı yenidən birləşdirmək imkanı yarandı. Muzeylər adası 1999-cu ildən YUNESKO-nun Ümumdünya irsi siyahısındadır.
Adanın şimalında yerləşən beynəlxalq səviyyədə tanınan 5 muzeydən ibarət kompleksin muzeyləri: Köhnə muzey (Altes): 1830-cu ildə Karl Fridrix Schinkelin sifarişi ilə tamamlandı. Yeni muzey (Neues): Friedrich Avqust Stülerin planlarına görə 1859-cu ildə tamamlandı. İkinci Dünya müharibəsində dağıdılmış muzey Devid Çipperfild tərəfindən yenidən qurulmuş və 2009-cu ildə yenidən açılmışdır. Köhnə Milli Qalereya (Alte Nationalgalerie): 1876-cı ildə tamamlanan muzey, Fridrix Avqust Stüler tərəfindən qurulmuşdur. Bode muzeyi: Adanın şimalında yerləşən muzey 1904-cü ildə açılmış və sonradan Kaiser Friedrich muzeyi adlandırılmışdır. Heykəltaraşlıq kolleksiyalarını, qədim antik dövrləri və Bizans sənət əsərləri nümayiş olunur. Perqam muzeyi: kompleksin son muzeyi 1930-cu ildə inşa edilmişdir. Yenidən qurulmuş çoxsaylı və tarixi əhəmiyyətli əsərlərdən ibarətdir. Muzeylər kompleksi hər il təxminən 3 milyon ziyarətçi qəbul edir.
Qalereya
İstinadlar
Xarici keçidlər Museumsinsel (Museum Island), Berlin Museumsinsel Berlin Masterplan Museumsinsel A Projection into the Future A Remarkable Success Story – the Museum Island in Berlin, article on the website of the Goethe-Institut, February 2010 (in English) Die Zukunft der Museumsinsel Berlin
Kateqoriya:Muzeylər adası Kateqoriya:Berlinin görməli yerləri Kateqoriya:Berlin mədəniyyəti Kateqoriya:Berlin muzeyləri Kateqoriya:Almaniyadakı ümumdünya irsi Kateqoriya:Almaniyanın memarlıq abidələri