Simfoniya No. 5 B Majorda — KV 17 sıralaması ilə bilinən və zun müddət Volfqanq Amadey Motsart tərəfindən yazıldığı güman edilən simfoniya. Hazırda əsərin Volfqanqın atası Leopold Motsart tərəfindən yazıldığı düşünülür. Lüdviq fon Köxel tərəfindən hazırlanmış Motsart əsərləri kataloqunun altıncı nəşrində simfoniya "Anhang C 11.02" nömrəsi ilə qeyd edilmişdir. Sonradan Kliff Eysen tərəfindən nəşr edilmiş kataloqda əsər "Eisen B ♭ 6" kimi qeyd olunub.

Ənənəvi dörd hissəli quruluşa malik olan əsər sürəti-yavaş-minuet-sürətli pattern hissələrə malikdir: Allegro Andante Menuetto I & II Presto

Motsart musiqilərinin ilk toplu nəşri olan Alte Mozart-Ausgabe antologiyasında verilmiş bir neçə qısa qeyd əsərin yarımçıq olduğunu göstərir. Məsələn "Menuetto I" hissəsində yalnız birinci skripka və violonçel/kontrabas partiyaları tamamlanmışdır; ikinci skripka və alt partiyaları isə tamamilə redaktorun əlavələridir.

Hazırda əsərin Motsarta aidliyi tamamilə inkar edilir və o, Neue Mozart-Ausgabe antologiyasına daxil edilməmişdir.

İstinadlar Stanley Sadie, The New Grove Mozart (NY: Norton, 1983), p. 197. . Sadie, p. 197. The parentheses are around the tempo designation "Andante" in the score of the symphony. Aşağıda eçid verilən nota bax.

Xarici keçidlər İkinci simfoniya notları International Music Score Library Project saytında.

02 Kateqoriya:Si-bemol major tonallığında olan əsərlər Kateqoriya:Motsartın müəllifliyi şübhəli olan əsərləri