Mildrid Ceyn Hill () — "Good Morning to All"("Hamınızın sabahı xeyir") mahnısını bəstələyən, sonradan bütün dünyada məşhur "Happy birthday to you" (Doğum günün mübarək) melodiyasının Amerikalı müəllifi və musiqişünası.

Həyatı Kentukki ştatının Luisvill (Kentukki) şəhərində anadan olan Mildred Ceyn Hill üç bacının: Mildred, Peti və Cessikanın ən böyüyü idi. Musiqini atası, Kalvin Kodi və Adolf Veydiqdən öyrənmişdi. Mildrid Hilldə kiçik bacısı Peti kimi bir uşaq bağçasında müəllimə idi. Professor Robert Brauneis, Hill ailəsini geniş araşdırdıqdan sonra onun uşaq bağçasında müəllimə olmadığı qənaətinə gəldi "Copyright and the World's Most Popular Song." Robert Brauneis. October 14, 2010. Retrieved July 4, 2013.. Zenci ruhani müziqisinə həvəs göstərən Mildrid musiqiyə, tədrisə, bəstələməyə, ifa etməyə və bu sahədə ixtisaslaşmağa doğru irəlilədi. Hill və bacısı eksperimental uşaq bağçasında, Luisvill Eksperimental Uşaq Bağçası Məktəbində mütərəqqi təhsil proqramındakı işlərinə görə Chicago World Fair-də (1893) mükafatlandırıldı.

Cohann Tonsor təxəllüsünü istifadə edərək musiqi haqqında yazdı və 1892-ci ildə yazdığı "Zənci Musiqisi" adlı məqaləsində, mövcud zənci musiqisinin fərqli bir Amerika musiqi üslubunun əsası olacağını təklif etdi; Antonin Dvorjakın "Yeni dünyadan" Simfoniyasını bəstələməsinə təsir etdi.

Hill mahnısının məşhurlaşmasından çox əvvəl 1916-cı ildə İllinoys ştatının Çikaqo şəhərində vəfat etdi, . Kentukki ştatındakı Luisvill şəhərindəki Keyv Hill qəbiristanlığında bacısı ilə birlikdə dəfn edilmişdir.

Mildrid Hillin əlyazma və sənədləri Kentukki ştatının Luisvill şəhərindəki Luisvill Universitetinin Musiqi Kitabxanasında saxlanılır.

"Happy birthday to You"

Luisvill Eksperimental Uşaq Bağçası Məktəbində dərs deyərkən, Hill bacıları "Hamınızın sabahı xeyir" mahnısını yazdı; Mildred melodiyasını, sözlərini isə Peti Hill yazdı. Mahnı ilk dəfə 1893-cü ildə müəllimlərin tələbələrinə mahnı oxumaları üçün təbrik mahnısı kimi Uşaq bağçaları üçün mahnı hekayələrində nəşr edilmişdir . Uşaq bağçaları üçün mahnı hekayələri 20-dən çox nəşr idi və sözləri fransız, alman, ispan, çin, yapon və isveç dilinə tərcümə edilmişdi.

"Happy birthday to you" ilk dəfə 1912-ci ildə fərqli sözlərlə "Hamınızın sabahı xeyir" melodiyasından istifadə edilərək çapda çıxdı . Populyarlığı 1930-cu illərə qədər artaraq davam etdi, yeni sözlər üçün heç bir müəllif müəyyən edilmədi, nə də "Hamınızın sabahı xeyirr" mahnısının sözlərindən əlavə heç bir söz götürülmədi. Sammi Şirkəti tərəfindən 1935-ci ildə müəlliflik hüquqları qeydə alındı və bir sıra məhkəmə işlərinə (hamısı məhkəmədən kənarda qaldı) əsaslanaraq bacılar "Happy birthday to you" müəllifləri kimi tanındılar,, The Myth of a Court Ruling. Bu gün Hill Fondu mahnının ictimai ifalarına qonorar verir. Lakin bu, bir hakim müəllif hüququnun qanuniliyinə qarşı qərar verdikdən sonra sual altına düşdü.

İrsi Hill və bacısının ölümündən sonra 1996-cı il 12 iyunda Mahnı müəllifləri Şöhrət Zalına daxil oldular.

Həmçinin bax Happy birthday to you İllinoys

İstinadlar

Xarici keçidlər

Dvayt Anderson Memorial Musiqi Kitabxanası "Happy Birthday to You" mahnısı kimindir?

Kateqoriya:ABŞ bəstəkarları Kateqoriya:ABŞ musiqisi Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:XIX əsr bəstəkarları