Orxan Məmmədbağır oğlu Kazımov (; 28 mart 1989, Moskva, Rusiya SFSR, SSRİ) — hücumçu mövqeyində çıxış edən Azərbaycan əsilli Rusiya hokkeyçisi. Rusiyanın əməkdar idman ustası.
2015-ci ildə hokkey üzrə Rusiya yığmasının heyətində qış Surdolimpiya (eşitmə qabiliyyəti zəif olan insanların idman yarışları) oyunlarının qalibi olub.
Dövlət mükafatları Rusiya Federasiyası prezidentinin Fəxri Fərmanı (8 aprel 2015-ci il) — Rusiya Federasiyasının və Rusiya idmanının nüfuzunun beynəlxalq səviyyədə artımına göstərdiyi xüsusi töhfələrə və XVIII qış Surdlolimpiya oyunlarında yüksək idman nailiyyətlərinə görə. Rusiyanın əməkdar idman ustası (2015)
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Moskvada doğulanlar Kateqoriya:Rusiya azərbaycanlıları