Xocavəndçay — Xocavənd və Ağcabədi rayonlarından axıb, Orconikidze adına kanala çatmamış quruyan çay.

Ümumi məlumat Uzunluğu 62 km, hövzəsinin sahəsi 234 km²-dir. Başlanğıcını Qarabağ yaylasından (1440 m) alır. Axımı əsasən yağış sularından əmələ gəlir. Yaz fəslində yağış suları çayda kiçik daşqınlar əmələ gətirir. İllik axımının 75–80%-i bu zamanlar keçir. Çayda ən az su sərfi iyul–avqust aylarında olur. Xonaşençaydan suvarma işlərində istifadə edilir.

Həmçinin bax Azərbaycan çayları

İstinadlar

Xarici keçidlər Xonaşençay

Kateqoriya:Azərbaycan çayları