Şadbad-i Məşayiq () — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd.

Kəndlilərin özləri bu kəndi "Pinə Şalvar" adlandırırlar. Xondəmir Qiyasəddin, Həbib əs-Seyr tarixinin müəllifi bu kəndin adını "Piran Şirvan" (fars. پیران شروان Şirvanın Pirləri) olaraq qeyd etdib.

Azərbaycan şairi Qətran Təbrizi burada anadan olmuşdur.Ə. Səfərli, X. Yusifov, "Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı", "Maarif", Bakı, 1982, səh. 48

Əhalisi 2006-cı il məlumatına görə kənddə 4.317 nəfər yaşayır (1.086 ailə).

İstinadlar

Kateqoriya:Təbriz şəhristanının kəndləri