Dilos və ya Delos () — Yunanıstanda, Egey dənizinin Kiklad adalarında ada. Ada Cənubi Egey adaları periferiyasının Mikonos periferiya vahidinin Mikonos icmasında (dim) yerləşir. 2011-ci ilin əhali siyahıyaalmasında əldə olunan məlumatlara görə, adanın əhalisi 24 nəfərdir. Adanın sahəsi 3.536 km2, sahili isə uzunluğundadır.

Adanın ən hündür nöqtəsi Kint zirvəsidir. Diloslu Apollon homerik himninə görə, qədim əkiz tanrılar olan Apollon və Artemidanın doğumu Kinf dağında gerçəkləşmişdir. Qədim dövrlərdə Dilos adası yunanlar üçün müqəddəs bir yer olmuşdur. Apollon və Letoya burada sitayiş edilmişdir. Adada Apollon məbədi, Leto məbədi və Dionis evi kimi çoxlu tarixi memarlıq abidələri var.

Adadakı tək çay İnopdur. Çay yağış zamanı daşır.

Adada e.ə. III minillikdən xristianlığın yayıldığı dövrə qədər qədim Egey dənizi mədəniyyətlərinə aid çoxlu abidə var.

Əhali İl Əhali 1991 9 2001 14 2011 24

Qalereya

Qeydlər

Mənbə

Ədəbiyyat

İstinadlar

Xarici keçidlər

Delos Tours from Mykonos Hellenic Ministry of Culture site: Delos EfA website with history of the Delos Archaeological site English translations of inscriptions from Delos Delos Island on WikiMapia

Kateqoriya:Yunanıstandakı ümumdünya irsi Kateqoriya:Qədim Yunanıstan coğrafiyası Kateqoriya:Yunanıstan adaları * Kateqoriya:Egey dənizi adaları Kateqoriya:Apollon Kateqoriya:Kiklad adaları