Levan Davidoviç Qoqoberidze () — sovet dövlət xadimi, Gürcüstan Kommunist partiyasının beşinci birinci katibi, 1916-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. Quba üsyanının yatırılmasında iştirak edib.

Həyatı 1896-cı ildə Kutaisi quberniyasının Pridonaan-Djixaişi kəndində dvoryan ailsində anadan olub. 1916-cı ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv olub. 1918-ci ilin fevral ayından Kommunist Partiyasının Qafqaz Diyar Komitəsinin və Bakı komitəsinin üzvüdür. 1918-ci ildə Stepan Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetində komissarın müvəkkili vəzifəsinə dəvət olunub. 1919-cu ilin may ayında bakı fəhlələrinin tətillərinə rəhbərlik edib. 1920-ci ildə Quba üsyanının yatırmaq üçün Əliheydər Qarayevlə birgə bölgəyə ezam olunub.

1921-ci ildən Tiflis İnqilab Komitəsinin sədri, Sovet İttifaqı Kommunist Partiyasının Tiflis Komitəsinin katibi olub. 1923–1924-cü illərdə Gürcüstan Xalq Komissarları Sovetinin sədr müavini, 1924–1925-ci illərdə Acarıstan Muxtar SSR-nin Kommunist partiyasının birinci katibi olub. 1925–1926-cı illərdə 1921-ci ildə ölkəni tərk etmiş gürcü siyasi mühacirlərini bölmək məqsədilə Parisdə siyasi və kəşfiyyat işləri ilə məşğul olub. 1930-cu ildə Gürcüstan Kommunist partiyasının birinci katibi olub. 1930–1934-cü illərdə Qırmızı Professorlar İnstitutunda təhsil alaraq, SSRİ Xalq Təchizat Komissarlığında fəaliyyət göstərmişdir. 1934-cü ilin may ayından Eyskdə, Rostov Na Donuda partiya işləri ilə məşğul olmuşdur. Sovet İttifaqı Kommunist Partiyasının 13-cü 15-ci 16-cı çağırışlarında nümayəndə olmuşdur. 14 dekabr 1936-cı ildə həbs olunmuş və əksinqilabi fəaliyyətdə təqsirli bilinərək 21 mart 1937-ci ildə güllələnmişdir.

Həmçinin bax Əliheydər Qarayev Lavrenti Beriya

İstinadlar

Kateqoriya:SSRİ-də repressiya qurbanları Kateqoriya:Gürcüstan siyasətçiləri Kateqoriya:Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibləri Kateqoriya:ÜİK(b)P-nin XVI qurultayının nümayəndələri Kateqoriya:ÜİK(b)P-nin XV qurultayının nümayəndələri Kateqoriya:RK(b)P-nin XIII qurultayının nümayəndələri Kateqoriya:SSRİ diplomatları