Livoniya müharibəsi (1558-1583-cü illər) — Livoniya konfederasiyası, Rusiya çarlığı, Böyük Litva knyazlığı (1569-cu ildən - Reç Pospolita), İsveç və Danimarka krallığının iştirak etdiyi XVI əsrdə baş verən böyük bir hərbi münaqişə (və ya bir sıra hərbi münaqişələr). Tərəflər Köhnə Livoniyaya (hazır ki, Estoniya və Latviyada) nəzarət etmək üçün müharibələr aparırdılar. Döyüş əməliyyatları əsasən müasir Estoniya, Latviya, Belarus və Rusiyanın şimal-qərbi ərazilərində aparılırdı. Rusiya çarlığı müharibəyə başlayanda Danimarka və Norveç Krallığı, İsveç Krallığı, Böyük Litva knyazlığı və Polşa Krallığının İttifaqı (sonradan Polşa-Litva Birliyi) arasında dəyişən koalisiya ilə üz-üzə gəldi.
Müharibə 1558-ci ilin yanvarında Rusiya çarlığının Livoniyaya hücumu ilə başladı. Müharibənin ilk mərhələsində rus qoşunları əhəmiyyətli uğurlar əldə etdilər. Narva, Derpt (Yuriyev) və bir sıra digər şəhər və qəsrlər fəth edildi. 1561-ci ildə Vilen müqaviləsinə əsasən Livoniya Konfederasiyası ləğv edildi. Onun ərazisinin bir hissəsi vassal olaraq Kurlandiya və Semiqaliya hersoqluğu şəklində Böyük Litva knyazlığına qəbul edildi. Digər bir hissəsi isə birbaşa Böyük Litva knyazlığının bir hissəsi oldu.
Bu andan başlayaraq, müharibə əsasən Rusiya çarlığı ilə Böyük Litva knyazlığı arasında qarşıdurma xarakteri aldı və hərbi əməliyyatlarda əsasən sonuncunun ərazilərində aparıldı. 1563-cü ildə Polotsk rus qoşunları tərəfindən tutuldu. Ancaq rusların bu müvəfəqiyyəti davamlı olmadı. Belə ki, 1564-cü ildə rus ordusu Çaşniki döyüşündə məğlub oldu. Bundan qısa müddət sonra opriçnina tətbiq edildi (1565-1572). 1569-cu ildə Böyük Litva knyazlığı Polşa Krallığı ilə vahid Reç Pospolita dövləti adı altında birləşdilər.
Rus qoşunları tərəfindən Revelin uğursuz mühasirəsindən sonra (1577) Reç Pospolita qüvvələri Polotsku geri qaytardı və Pskovu mühasirəyə aldı. Amma mühasirə uğursuz oldu. İsveçlilər Narvanı ələ keçirdi və uğursuzluqla nəticələnən Oreşek qalasını mühasirəyə aldılar. 1558-ci ildən 1578-ci ilə qədər Rusiya Dorpat (Tartu) və Narvada ilk hərbi uğurlarını qazanaraq, bölgədə üstünlüyü əldə etmişdi. Livoniya Konfederasiyasının Rusiya tərəfindən dağıdılması Polşa ilə Litva arasında münaqişəyə səbəb oldu və İsveç və Danimarka-Norveç 1559-1561-ci illər arasında münaqişəyə müdaxilə etdi. Rusiyanın daimi müdaxilələrinə baxmayaraq İsveç Estoniyası quruldu. Danimarka-Norveçli II Frederik Öselin köhnə yepiskopluğunu satın aldı və onu qardaşı hersoq Maqnus Holşteynlinin nəzarəti altına verdi. Hersoq Maqnus Livoniya mülklərini genişləndirməyə və 1576-cı ildə qadığı günə qədər nominal olaraq mövcud olan Rusiyanın vassal asıllığında olan Livoniya Krallığını qurmağa cəhd etdi.
1576-cı ildə Stefan Batori Litvanın Böyük hersoqu kimi Polşa kralı oldu və 1578-1581-ci illərdəki uğurları, o cümlədən Venden döyüşündə İsveç-Polşa-Litva birgə hücumu ilə müharibənin gedişatını dəyişdirdi. Ardınca Rusiya ərazisində xeyli müddəti əhatə edən bir kampaniya başladı və Pskovun uzun və çətin mühasirəsi ilə nəticələndi.
Müharibə Yam-Zapolski (1582) və Plyus (1583) sülh müqavilələrinin imzalanması ilə başa çatdı. Rusiya ilə Polşa-Litva arasında müharibəyə son qoyan 1582-ci il Yam-Zapolski sülhünün şərtlərinə görə, Rusiya Livoniya və Polotskdakı bütün keçmiş mülklərini Polşa-Litva lehinə güzəştə getdi. O, müharibə zamanı ələ keçirdiyi bütün əraziləri, o cümlədən sahilyanı Baltik şəhərləri ilə sərhəddəki torpaqları itirdi (Koporya, Yama, İvanqorod). 1583-cü ildə İsveç və Rusiya, Estoniya Hersoqluğunu saxlayaraq, İsveçin İnqriya və Şimali Livoniyanın çox hissəsini aldığı Plus sülh müqaviləsini imzaladı. Beləliklə, keçmiş Livoniya konfederasiyasının ərazisi Reç Pospolita, İsveç və Danimarka arasında bölüşdürüldü.
XIX-cu əsrdən bəri Rusiya tarixşünaslığında müharibənin əsas məqsədinin Rusiyanın Baltik dənizinə çıxış əldə etməsi fikri hökm sürür. Lakin bir sıra müasir elm adamları münaqişənin səbəblərinin bu olmadığı fikrində qalırlar.
Livoniya müharibəsi Şərqi Avropadakı hadisələrə böyük təsir göstərmiş və münaqişədə iştirakçı dövlətlərin daxili siyasətində ciddi nəticələri olmuşdur. Müharibə nəticə etibarilə Livoniya ordeninin varlığını sona çatdırmış, Reç Pospolitanın yaranmasına kömək etmiş və Rusiya çarlığının iqtisadi tənəzzülünə səbəb olmuşdu.
Müharibə ərəfəsində Livoniya ordeni, ya da Livoniya Məsih Cəngavərlərinin Qardaşlığı, XIII əsrin əvvəllərində Avropanın şimal-şərqində qurulan Xaçlı Cəngavərlərin hərbi-dini bir təşkilatı idi. Livoniyalıların Rusiya knyazlıqları ilə münasibətləri əvvəldən nizamlı deyildi. Belə ki, 1242-ci ildə hələ də Teutonik ordusunda olan cəngavərlər Pskov və Novqorod şəhərlərinə qarşı işğalçı kampaniyada iştirak etmişdilər, lakin Buz döyüşündə məğlub edilmişdilər.Ужанков А. Меж двух зол. Исторический выбор Александра Невского
XV əsrdə Livoniyada nizam-intizam zəifləmiş, o, bir-biri ilə kəskin rəqabət aparan Livoniya Ordeninə və dörd yepiskop-knyazlığa bölünmüşdü. Bundan əlavə, reformasiya nəticəsində Livoniyada yepiskopların təsiri kəskin şəkildə azalmış, onların təsir dairəsi adi bir rəsmiyyətə çevrilmişdi.Форстен Г. В. Балтийский вопрос в XVI и XVII столетиях (1544—1648). — СПб., 1893. — Т. 1: Борьба из-за Ливонии. — с.80 Yalnız XVI əsrin əvvəllərində Livoniya ərazisinin 67% -dən çoxunu əhatə edən Livoniya Ordeni həqiqi gücə sahib idi.Бессуднова М. Б. К вопросу о социальных элитах «Орденского государства» (по материалам ливонских ландтагов конца XV — начала XVI вв.) // Научные ведомости Белгородского государственного университета. Серия «История. Политология. Экономика. Информатика». — 2010. — № 7 (78). — Вып. 14. c. 69. Böyük şəhərlərin geniş muxtariyyəti var idi və onlar öz maraqlarını qoruyurdu. XVI əsrin ortalarında Livoniya cəmiyyətində parçalanma yüksək həddə çatmışdı. Tarixçi Georq Forsten Livoniya müharibəsi ərəfəsində "Livoniyanın daxili vəziyyəti daxili çürümənin ən dəhşətli və kədərli mənzərəsini təmsil etdiyini" qeyd edirdi.Форстен Г. В. Балтийский вопрос в XVI и XVII столетиях (1544—1648). — СПб., 1893. — Т. 1: Борьба из-за Ливонии. — 59 с.
250px|thumb|left|Rusların adamyeyənlik (hanibalizm) səhnəsi, Alman təbliğat plakatı 1480-ci ilin yanvarında Livoniya Ordeni Pskov torpaqlarına hücum edərək Vışqorodok qalasını tutdu. Qalanın bütün sakinləri qılıncdan keçirildi. Qdovun mühasirəyə düşməsindən sonra pskovlular onlara yardım göstərməsi üçün Moskva çarlığına müraciət etdilər. Moskva çarının köməyə göndərdiyi ordu ilə birlikdə Pskov könüllüləri 1480-ci ilin fevralında Livoniyaya girərək Yuryevi ələ keçirdilər. Bundan sonra, yazda və payızda livoniyalılar Pskov və İzbork şəhərlərinə yeni hücumlar təşkil etdilər. Ruslar bu hücumlara 1481-ci il qış kampaniyası ilə cavab verdilər. Onlar Tarvastu və Karkus qalalarını ələ keçirib, Fellin qalasını mühasirəyə aldılar. Rus-Livoniya müharibəsi başa çatdıqdan sonra sülh müqaviləsi bağlandı. Müqavilənin şərti ilə Derpt yepiskopluğu illik olaraq Pskova hər bir şəxsə görə bir qrivna (bir Alman markasına və ya 6 Macarıstan qızılına bərabər) miqdarında Müqəddəs Yuriyev xəracını ödəməli idi.
1492-ci ildə əsas məqsədi Rusiya sərhədlərini qorumaq olan İvanqorodun əsası qoyuldu. Rus qalası Narva çayı üzərində Livoniya Narvası ilə üzbəüz yerləşmişdi.
1503-cü ildə III İvan Livoniya konfederasiyası ilə altı il müddətinə atəşkəs imzaladı. Sonradan eyni şərtlərlə 1509, 1514, 1521, 1531 və 1534-cü illərdə atəşkəs uzadılmışdı. Hər yeni müqavilədə "Müqəddəs Yuriyev xəracı" daim xatırlanmışdır.
1554-cü il danışıqları zamanı IV İvan müqavilə şərtlərini sərtləşdirdi, əlavə olaraq xəracdan qalmış borcları və ordenin Litva knyazlığı və İsveçlə hərbi ittifaqlara son verməyi tələb etdi.
İlk borc ödənişi 1557-ci ildə edilməli idi. Lakin Livoniya konfederasiyası həmən ilin fevralında baş tutan danışıqlarda "Müqəddəs Yuri xəracı"nın ödəməsinin ləğv edilməsini tələb etdi. Çar bu tələbi qəti şəkildə rədd etdi. 1557-ci ilin dekabrında Moskvaya livoniyalıların yeni bir səfirliyi gəldi. Səfirlik 30 min macar qızılı və ya 45 min taler, ya da 18 min rubl məbləğində borcun ödənilməsi barədə razılığa gəldi. Razılığa əsasən bundan sonra hər il min macar qızılı məbləğində xərac ödənilməli idi. Lakin livoniyalılar bu öhdəlikləri yerinə yetirmədilər.
1557-ci ilin yazında çar IV İvan Narva sahillərində yeni bir limanın əsasını qoydu.ПСРЛ, т. XIII, ч. I, c. 281—284 Ancaq Livoniya və Hanza ittifaqı Avropa tacirlərini yeni Rusiya limanına buraxmadı və onlar əvvəllər olduğu kimi Livoniya limanlarına getməyə məcbur oldular.
Ümumi tənnəzül və Livoniyanın hərbi zəifliyi (bəzi hesablamalara görə, Orden bir döyüşdə 10 min əsgərdən çox olmayan qüvvə çıxara bilərdiФорстен Г. В. Балтийский вопрос в XVI и XVII столетиях (1544—1648). — СПб., 1893. — Т. 1: Борьба из-за Ливонии. — 70 с.), bir zamanlar qüvvətli olan Hanza ittifaqının zəifləməsi, Polşa-Litva ittifaqının, İsveçin, Danimarkanın və Rusiyanın ekspansiyası Livoniya Konfederasiyasının mövcudluğunun təhlükə altında olduğu bir vəziyyətə gətirdi.Пенской В. В. Ливонская война 1558—1561 гг. // История военного дела: исследования и источники. — 2014. Специальный выпуск II. Лекции по военной истории XVI—XIX вв. — Ч. I. — C. 133—217. — С. 136.
Səbəbləri 250px|thumb|right|Livoniyanın sərhədləri 1534-cü ildə. Tarixşünaslıqda Livoniya müharibəsinin başlanmasının səbəbləri ilə bağlı fərqli fikirlər mövcuddur.
Müqəddəs Yuri xəracı Ənənəvi yanaşmaya əsasən, IV İvan Rusiyanın geosiyasi maraqlarını aydın başa düşürdü və onlara tam uyğun hərəkət edirdi. Livoniyalılar tərəfindən "Müqəddəs Yuri xəracı"nın ödənilməməsi müharibənin başlaması üçün bir bəhanə hesab edilir. Müharibənin özü isə qaçılmaz bir qanunauyğunluq kimi qiymətləndirilir.Шаскольский И. П. Русско-ливонские переговоры 1554 г. и вопрос о ливонской дани // Международные связи России до XVII в. — М.: АН СССР, 1961. — С. 376—399. — C. 377.Хорошкевич А. Л. Россия в системе международных отношений середины XVI века. — М.: Древнехранилище, 2003. — 205 с. Bu fikri bölüşən tarixçilər Rusiya ilə Avropa arasında "Livoniya maneə"sinin mövcud olduğunu qeyd edirlər. Bu maneənin məhv edilməsi ölkənin hərbi-texniki və ya mədəni geriləməsini aradan qaldırmaq üçün lazım idi.Соловьёв С. М. Сочинения: в 18 кн. — М: Голос, 1993—1998. — Кн. 3: История России с древнейших времён. Т. 5—6. — 1993. — 758 с. — С. 481—483. Belə bir maneənin mövcudluğunun bariz nümunəsi olaraq, onlar çox vaxt IV İvanın əmri ilə Avropada 300-ə yaxın müxtəlif ixtisaslar üzrə mütəxəssisləri rus xidmətinə cəlb edən, lakin livoniyalıların səyləri ilə tutulmuş və sonradan onlar tərəfindən edam edilən Hans Şlittenin məhkəmə işindən bəhs edirlər.Фречнер Р. Новые источники о миссии Г. Шлитте // Репрезентация власти в посольском церемониале и дипломатический диалог в XV — первой трети XVIII века. Третья международная научная конференция цикла «Иноземцы в Московском государстве» … 19—21 октября 2006 года : тезисы докладов. — М.: Гос. историко-культурный музей-заповедник «Московский Кремль», 2006.c. 144—146
Fərqli bir yanaşmanın tərəfdarları hesab isə edirlər ki, IV İvan Livoniyada genişmiqyaslı müharibəyə başlamağı planlaşdırmadı. 1558-ci ilin əvvəlindəki hərbi kampaniya livoniyalıları vəd edilmiş xəracı ödəməyə məcbur etmək üçün güc nümayişindən başqa bir şey deyildi. Bu fikrin lehinə olaraq onlar Rusiya ordusunun əvvəlcə Krım istiqamətində istifadə edilməsinin planlaşdırıldığı faktını dəlil kimi göstərirlər.Волков В. А. Войны и войска Московского государства. — : ЭКСМО, 2004. — 572 с. Belə ki, rusiyalı tarixçi Aleksandr Filyuşkinin fikrincə müharibə "dəniz uğrunda mübarizə" xarakteri daşımırdı. Çünki, dövrün heç bir rus sənədində dənizə sıçrayışın zəruriliyi qeyd edilmir.Филюшкин А. И. Дискурсы Ливонской войны // Ab Imperio: Теория и история национальностей и национализма в постсоветском пространстве. — 2001. — № 4. — С. 46—80.
Rus-Livoniya müqavilələrinin pozulması və Polşa-Livoniya birliyinə qarşı hərəkətlər