Solomon Nortap — (doğum; 10 İyul, 1807 və ya 1808 — ölümü: bilinmir) Amerikalı abolisionist və "On iki illik əsarət" kitabının müəllifi.
Nyu Yorkda azad afroamerikalı kimi dünyaya gələn Solomon azad edilmiş qara dərili kölə ata və ananın oğlu idi. Fermer və peşəkar skripkaçı Nortap Hebron, Nyu Yorkda bir torpaq sahibi idi. 1841-ci ildə ona səyahət edən musiqiçi işi təklif edildi və o, Vaşinqtona şəhərinə (köləliyin qanuni olduğu) getdi; orada içkisinə dərman atılaraq huşsuz hala salınır,qaçırılır və kölə kimi satılır. Yeni Orleana göndərilir, plantasiya sahibi tərəfindən satın alınır və Luiziananın Qırmızı Çay bölgəsində,Avoyls xristian icmasında 12 il qul olaraq saxlanılır. Dövlət qanunları qaçırılmış və kölə olaraq satılan Nyu York vətəndaşlarına yardım göstərən, Nyu-Yorka öz haqqını müdafiə etməkdə ona kömək edən Kanadalı bir şəxslə görüşənə qədər plantasiyalarda kölə olaraq çalışdı. Ailəsi və dostları Nyu-York qubernatoru Vaşinqton Hantundan kömək istədi və Nortap 3 yanvar 1853-cü ildə yenidən azadlığına qovuşdu.
Vaşinqtondakı məşhur qul alverçisi,Ceyms Börç tutuldu və mühakimə olundu, lakin Kolumbiya Qanunu vilayətin qara rəngli bir adam olaraq ağlara qarşı ifadə verməsini qadağan etdiyi üçün bəraət qazandı. Daha sonra Nyu-York ştatında, onu şimala qaçıranlar tutularaq, ittiham edildi, lakin iş, yurisdiksiyalı çətinliklər üzündən iki il məhkəmədə bağlı qaldı və nəhayət Vaşinqton şəhərində məhkəmə prosesi sonlandı. Kolumbiya hökuməti davanı davam etdirmədi. Nortapı aldadaraq,qul kimi satanlarda heç bir cəza almadılar.
Azadlığının ilk ilində Nortap "On iki illik əsarət" adlı (1853) xatirə əsərini yazdı və nəşr etdirdi. O, abolisionist hərəkatçı olaraq mühazirələr dedi,Şimal-şərqdə yaşadıqları haqqında iyirmidən çox nitq söyləyərək,köləliyə qarşı mübarizə apardı. 1857-ci ildən sonrakı tarixi qeydlərdə yoxa çıxdığı göstərilir, lakin əldə olunan bir məktub sonradan 1863-cü ilin əvvəllərində sağ qaldığını bildirirdi; bəzi şərhçilər onun yenidən qaçırıldığını düşünürdülər, lakin tarixçilər bunun mümkünsüz olduğuna inanırlar, çünki onun yenidən yaxşı qiymətə satılması üçün çox yaşlı olduğu hesab olunurdu. Onun ölümünün təfərrüatları heç vaxt sənədləşdirilməyib.
Solomon Nortapın "On iki illik əsarət" kitabı əsasında 1984-cü ildə Solomon Northup's Odyssey televiziya filmində,2013-cü ildə isə eyni adlı film yenidən ekranlaşdırır. 86-cı Oskar mükafatı mərasimində 3 nominasiyada Oskar mükafatı almışdı.
Erkən həyatı
Ailəsinin tarixi Solomonun atası Mintas, Nortap ailəsinə xidmət edən erkən həyatında qul olmuş azad bir adam idi. Rod-Aylendda anadan olmuş,o, New Yorkun Husik şəhərinə, Renseler dairəsinə köçdüyü zaman Nortaplar ailəsinə qəbul olundu. Onun ağası, Stefen Nortapın böyük nəvəsi, kapitan Henri Nortap,Mintasa şəxsi azadlığı haqqında manumissiya aktı verdi."Last Will & Testament of Henry Northrop" (recorded October 3, 1797), Rensselaer County, New York Will Book, vol 1, pp 144–145. Accessed October 22, 2013. Henri Nortap tərəfindən azad edildikdən sonra, Mintas Nortap soyadını özününkü kimi qəbul etdi.Bu soyad həm "Nortap", həm də "Noetup" olaraq yazılarda bir birini əvəz edir.
Mintas Nortap özü kimi azad bir qadınla evləndi və Nyu Yorkun Esseks dairəsinə,Minerva şəhərinə köçdü. Onların hər iki oğlu Jozef və Solomon,analarıda şəxsən azad olduqları üçün partus sequitur ventrem prinsiplərinə əsasən azad doğuldular.Nortap,1854-cü ildə kitabında doğum ilini,1808-ci il olduğunu and içərək ifadə etdiyi halda, o, 10 iyulda 47 yaşına çatdığını bildirir,bu da onun 1807-ci il təvəllüdlü olduğunu göstərir, bu da 1852-ci ildə "təxminən 45" olduğunu deyən həyat yoldaşının ifadəsinə uyğundur."The Northup Kidnapping Case," New York Daily Tribune, July 14, 1854, p. 7; "Memorial of Anne," appendix to Twelve Years a Slave Solomon anasını kvarteron ( — "dörddə bir", babası və ya nənəsi zənci olan insan) kimi təsvir edirdi,o deməkdir ki,onun əcdadlarının dörddə biri Afrikalı,dörddə üçü isə Avropalı idi.Northup, Solomon; David Wilson. Twelve Years a Slave , Auburn, NY: Orton and Mulligan; London: Samson Low, Son & Company, 1853, p. 1, at Documenting the American South, University of North Carolina Mintas Nortap dövlətdən öz əmlakını tələb edərək, şəxsi torpaq mülkiyyətçisi fermer oldu. 1821-ci ildən etibarən, dövlət öz konstitusiyasına yenidən baxaraq, qara dərili insanlar üçün mülkiyyət tələbini saxladı, ancaq ağ dərili insanlar üçün güzəştlər edildi və bununla da səsvermə hüququnu genişləndirdi. Mintas Nortapın bu tələbi ödəyən torpaq almaq üçün azad adam olaraq kifayət qədər pul qazana bilməsi və səs verməyə qeydiyyatdan keçməsi diqqət çəkir. He provided an education for his two sons at a level considered high for free black people at that time.Curtis, Nancy. Black Heritage Sites: the South , 1996, p. 118. Oğlanları və Nortap və qardaşı ailə təsərrüfatında çalışırdılar. Mintas və həyat yoldaşının axırıncı yaşadığı yer dəfə Fort Edvard kəndində idi. 22 noyabr 1829-cu ildə vəfat etdi və məzarı Hudzon Falls şəhərindəki Beyker qəbiristanlığındadır.
Evliliyi və ailəsi 1828 və ya 1829-cu ildəNortapın On iki il əsirlikdə mətni 1829-cu il tarixini verir;Bununla birlikdə həyat yoldaşı və toy edən Sülh Ədaləti 1828-ci il tarixini verdi. "Ananın Xatirəsinə" və Timoti Eddinin ifadələrinə baxın, hər ikisi On iki il əsirlikdə Əlavə B-də Solomon Nortap Anne Hampton ilə evləndi.O, Afrika,Avropalı və yerli Amerika mənşəli qara dərili idi.Northup (1853), Twelve Years a Slave, p. 21 1830–1834-cü illər arasında cütlük Fort Edvard və Kingsböri, New Yorkun Vaşinqton dairəsində kiçik icmalarda yaşadılar.
Onların Elizabet,Marqaret,Alonzo adlı 3 övladı oldu. Hebronda bir fermaya sahib idilər və gəlirlərini müxtəlif işlərlə artırırdılar. Sonrakı xatirələrində Nortap, evləndikləri vaxtdan bəri həyat yoldaşına olan sevgisini "səmimi və dayanıqlı", övladlarını "sevimli" kimi olaraq təsvir edirdi.
İş Nortap bir sənətkar kimi çalışmaqla yanaşı,müxtəlif işlərlə də məşğul olurdu. Bir musiqiçi kimi böyük nüfuza sahib oldu. Anne bir aşpaz kimi tanındı,yemək və içki xidməti verən yerli meyxanalarda işlədi.
1834-cü ildə,təsərrüfatlarını satdıqdan sonra,iş imkanlarının daha geniş olduğu, Saratoqa Sprinqsə köçdülər. Nortap mövsümü olaraq Saratoqa Sprinqin bir neçə otelində skripka çalırdı. Yaz aylarında iş çox olurdu,amma digər vaxtlarda işsizlik kimi çətinliklər olurdu.O,müxtəlif işlərdə,çalışmış,həmçinin Cəmpleyn kanalının tikintisində çalışmış,bacarıqlı dülgər kimi də fəaliyyət göstərmişdi. Anne vaxtaşırı Amerika Birləşmiş Ştatlarının otelində və digər ictimai evlərdə aşpaz kimi çalışırdı və kulinariya bacarıqlarına görə yüksək qiymətləndirilirdi. Ford Edvardın mahallarından birində yaşayarkən,əlavə pul qazanmaq üçün Səndi-Hilldə Şerli kafesində də çalışırdı.Northup (1853), Twelve Years, pp. 25, 28Worley, Sam. "Solomon Northup and the Sly Philosophy of the Slave Pen" , Callaloo, Vol. 20, No. 1 (Winter 1997), p. 245.
Tutularaq kölə kimi satılması 1841-ci ildə 32 yaşında olan Nortap özünü Meril Broun və Abram Hamilton kimi təqdim edən iki kişi ilə tanış oldu. Əyləncəli bir sirk şirkətinin üzvləri olduqlarını söyləyərək ona Nyu-Yorkdakı bir neçə tamaşada ifa etmək üçün iş təklif etdilər. Səfərin qısa olacağını gözləyən Nortap, Səndi Hilldə işləyən Anneni xəbərdar etmədi.Northup (1853), Twelve Years a Slave, p. 30 Nyu Yorka çatdıqda onlar Nortona yüksək maaş və evə qayıdış xərcini ödəməyi vədverərək,sirkdə konsertlər verəcəyinə inandırdılar. Onlar onun "şəxsi azadlığı" haqqında sənədinin surətini ala bilmək üçün dayandılar. Onun vəziyyəti köləliyin qanuni olduğu Vaşinqtona gedərkən yaxşı deyildi.
Şəhərdə ölkənin ən böyük qul bazarlarından biri var idi, qul oöruları pulsuz qara insanları oğurlamaqda bir oqədər üstün deyildilər. Bu zaman, Vətəndaş Müharibəsindən 20 il əvvəl, Cənubda pambıq plantasiyalarının genişləndirilməsi sağlam qullara davamlı tələbatın artmasına səbəb olmuşdu. Qul oğruları, zorla qaçırılmaqdan tutmuş aldatmaya qədər və tez-tez qaçırılan uşaqları idarə etmək daha asan olan müxtəlif vasitələrdən istifadə etdilər.
Mümkündür ki, "Braun" və "Hamilton" Nortapa belladonna (adi xanımotu) və ya laudanum əlavəli içki təklif edərək,içkinin təsirində olan Solomonu Vaşinqtonun ən böyük qul taciri Ceyms H. Börçə,onun qaçan qul olduğunu iddia edərək,Birch is spelled as Burch in Northup's book 650 dollara satırlar.African American Autobiographers: A Sourcebook (2002) Ed. Emmanuel S. Nelson, Greenwood Press, p. 291 Nortap "12 illik əsarət"də kitabının II fəslində — "mənim müsibətlərimə səbəb olan iki insan- kişilər şəklində olan incə və qeyri-insani canavarlar — Məni evdən, ailədən və azadlıqdan, qızıl naminə uzaqlaşdırdılar — bu səhifələri oxuyanlar mənim fikirlərimlə razılaşacaqlar." Həbsxanada olan Börç və Ebenezer Radburn, onun azad adam olduğunu söyləməkdən çəkindirmək üçün Nortapı şiddətlə döydülər. Börç sonra səhvən Nortapı Gürcüstandan olan bir qul olaraq təqdim etdi. Nortap, Amerika Birləşmiş Ştatlarının Kapitolisinə yaxın yerdə ticarətçi Viliam Viliamsın qul qələmində tutuldu. Börç Nortapı və digər qulları dəniz yolu ilə Yeni Orleana,sahil qul ticarəti adlanan yerə,ortağı Seofilus Frimənin onları satacağı yerə göndərdi. Səyahət zamanı Nortap və digər qullar təbii çiçək xəstəliyinə tutuldular. Robert adlı bir qul yolda gedərkən elə bu xəstəlikdən öldü.
Nortap, İngilis dənizçisi Con Manninqi, Nyu-Orleana çatdıqdan sonra Henri B. Nortapa onun qaçırılması və qanunsuz əsarətindən xəbər verən məktubu göndərməyə inandırdı. Henri vəkil idi, bir vaxtlar Solomonun atasının işlədiyi evdə, onu azad edən adamın oğlu və Solomonun uşaqlıq dostu idi. Nyu-York ştatının qanunverici orqanı oğurlanmış və dövlətdən qaçırılan və qanunsuz əsarət altına düşən hər kəsin yaxşılaşmasına yardım etmək üçün hüquqi və maliyyə yardımı göstərməklə Afroamerikalıları qorumaq üçün bir qanun qəbul etdi. Henri Nortapa kömək etmək istədi, lakin Solomonun harada saxlandığını bilmədən hərəkət edə bilmədi.
Yeni Orlean qul bazarında Börçün ortağı Seofilus Friman, Luiziananın şimalındakı Qırmızı çay boyunca Bayou Bouf plantasiyasında kiçik əkinçiliklə məşğul olan vəkil Viliam Prins Forda Nortapı (Platt adını vermişdi) satdı. Ford o zaman bir baptizm təbliğçisi idi. (1843-cü ildə, o, Aleksandr Kəmpbellin yazılarından təsirləndikdən sonra yaxın qohumlarını Xristian kilsələrinə cəlb etmə prosesinə rəhbərlik etmişdir.). Nortap xatirəsində Fordu qullarına qarşı diqqətli, yaxşı bir insan kimi xarakterizə edirdi. Nortap öz vəziyyəti ilə bağlı yazırdı: Məncə, heç vaxt Viliam Forddan daha xeyirxah, nəcib, səmimi, xristian bir adam olmamışdır. Həmişə onu əhatə edən təsir və dərnəklər, onu köləlik sisteminin altında yatan səhvlərlə kor etmişdi. Fordun Payn Vudsdakı yerində Nortap, Fordun fermasından bazarda satış üçün ağac almaq problemini çözdü. Tirləri,şalbanları, quru yerlərdən daha asan və daha ucuz başa gələcək yolla bazara çatdırmaq üçün, dar Hindistanın körfəzindən aşağıya doğru hərəkət etmək üçün taxta sallar,bərələr düzəltməyi təklif etdi. Nyu-Yorkdakı əvvəlki işləri ilə bağlı olaraq bu proseslə tanış idi və Ford onun layihəsinin uğur qazandığından məmnun qaldı. Nortap dülgərlik bacarıqlarından istifadə edərək Fordun körfəzdə dəyirmanlar qurması üçün dəzgahlar düzəltməyə başladı. Ford ilə Nortapın, səylərini təqdir edirdi. Lakin fermer maddi sıxıntıya düşdüyü və borclarını ödəmək üçün 18 qul satmalı oldu. 17 nəfəri Kompton adlı qonşu plantasiya sahibinə satmalı oldu. Solomon pambıq toplaya bilmədiyi üçün, Ford onun üçün yerli biznesmen bir alıcı tapdı.
1842-ci ilin qışında Ford Nortapı dəyirmanlarda Ford üçün işləyən dülgərə Con M. TibautaNortapın kitabında adı "Tibits" kimi yazılmışdır, ehtimal ki, yerlilər bu adı belə tələffüz edirdilər. satdı. O,ayrıca, Fordun Bayou Bouf plantasiyasında bir toxuculuq evi və un dəyirmanının inşasına kömək etmişdi. Fordun Tibauta borclu olduğu məbləğ Solomon üçün razılaşdırılmış alış qiymətindən az olduğundan, Ford, iki məbləğ arasındakı fərqi 400 dolları Nortapa bağışladı.