Pulo-Kondor adası () — Vyetnamın cənubunda yerləşən, Kondao aripelaqının ən böyük adası. Adanın sahəsi 51,52 km²-dir. Əhalisi 6000 nəfərdir (2010).
Coğrafiyası Konşon adası Xoşimindən 233,5 km cənubda, Hanoydan isə 1372,5 km cənubdadır. Vulkanık mənşəlli ada, bütünlüklə dağlıqdır. Ən hündür zirvəsi Müqəddəs Xaç dağıdır (610 m).
Dağ ətəkləri boyunca tropik meşələr yayılmışdır. Burada əsasən çoxlu sayda quş və sürünən növləri yaşayır. Adada endemik kərtənkələ növləri vardır ki, onların qorunması məqsədi ilə 1984-cü ildə adada mili park salınmışdır. Sahillərində dəniz tısbağaları yumurta qoyur.
Tarix 250px|left|thumb|Kondao türməsi Konşon adası əvvəllər Pulo-Kondor adı ilə tatnınırdı. Ada uzun zamanlar formal şəkildə olsa da Kxmer imperiyasının bir parçası olmuşdur. Adanı tez-tez vyetnamlı və malayziyalı dənizçilər ziyarət edirdi. XVIII əsrin əvvəllərində britaniyalılar adaı koloniyalaşdırmaq istəmişdilər. Sonrakı dövrlərdə Konşon Vyetnamın tərkibinə çevrilir. 1862—1956-ci illərdə ada Fransanın müstəmləkəsi olur. Sonrakı dövrlərdə adada türmə inşa edilir. Türmə yalnız 1973-cü ildə bağlanılır (bu zaman türmədən 8000 dustan azad edilir)
İnfrastruktur Əhalisinin böyük əksəriyyəti Kondao şəhərində cəmləşmişdir. Şəhər ətrafında hava limanı vardır. Tam olaraq rabitə ilə təmin edilmişdir. Ada əhalisinin əsas gəlir mənbəyi turizmdir. İstinadlar
Kateqoriya:Vyetnam adaları Kateqoriya:Cənubi Çin dənizi adaları