Piter Morton () — amerikalı iş adamı. O, İsaak Tiqrett ilə birlikdə Hard Rock Cafe-nin həmtəsisçisidir.

Həyatı və təhsili Piter Morton Morton Steakhouse-un banisi Arni Mortonun oğludur. Onun atası yəhudi əsilli idi. O, 1969-cu ildə Denverskiy Universitetdən məzun olub. Onun əkiz bacısı Pem Mortondur. Ögey qardaşı Maykl Morton isə restoran sahibi və biznesmendir. O, Fi Siqma Delta Cəmiyyətinin üzvüdür.

Karyera Mortonun ilk Hard Rock Cafesi Londonda Hyde Park Corner-ın yaxınlığında açıldı. 1982-ci ildə Morton və onun ortağı İsaak Tiqrett müxtəlif şəhərlərdə kafelərini inkişaf etdirməyə razı olduqları zaman qlobal inkişaf başladı. Morton Los-Anceles, San-Fransisko, Çikaqo və Hyuston, Las-Veqas, San-Dieqo, La-Holya, Kaliforniya, Nyuport-Biç, Sidney və Melburn, Avstraliya, Honolulu, Maui, Havay kimi yerlərdə kafenin şəbəkələrini yaratdı. 1995-ci ildə Rank Təşkilatı Mortona məxsus kafeləri satın aldı, lakin Morton Las-Veqasdakı Hard Rock Cafe & Casino-nu saxladı. 2006-cı ilin mayında Morton Las-Veqasdakı Hard Rock Hotel & Casino-nu Nyu-Yorkda yerləşən Morgans Hotel Group-a satdı.

Satışa Texas, Kaliforniya, Avstraliya və Vankuver, Britaniya Kolumbiyası daxil olmaqla, Missisipi çayının qərbindəki Hard Rock Hotel marka hüquqları daxil idi. Morton daha sonra Los-Ancelesdə Morton restoranını qurdu.

Cəmiyyətin iştirakı Morton Los-Anceles Müasir İncəsənət Muzeyinin Qəyyumlar Şurasının və Təbii Ehtiyatlar Müdafiə Şurasının üzvüdür. Morton Los-Anceles Kaliforniya Universitetinə ianə verdikdən sonra bina Piter Morton Tibb Binası adlanıdırıldı.

Şəxsi həyatı Birinci həyat yoldaşı aktyor Laurens Harvinin keçmiş həyat yoldaşı və daha sonra aktyor Mark Bernsin həyat yoldaşı Polin Stoun idi. Onların Pink Taco adlı restoranlar şəbəkəsinin təsisçisi Harri Morton (1981–2019) adlı bir oğlu var idi. Mortonun Stoundan olan keçmiş ögey qızı Kira Naytlinin baş rol oynadığı və Toni Skottun rejissorluq etdiyi Domino (2005) filminin mövzusu Domino Harvi idi. Onlar 1989-cu ildə ayrıldılar. 1990-cı ildə Piter Morton Tarlton Poli (1962–2017) ilə evləndi. Onların iki övladı oldu: Metyu Morton və Qreys Morton. Onlar 1997-ci ildə ayrıldılar.

İstinadlar

Kateqoriya:Yəhudi əsilli amerikalılar Kateqoriya:ABŞ iş adamları