Xurşidbanu Natəvanın heykəli — XIX əsr Azərbaycan şairəsi, Qarabağın sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində yerləşən heykəli. Heykəl Evian-le-Bən şəhərində 2017-ci ildə qoyulmuşdur, vandalizm hadisəsindən sonra Parisə gətirilmişdir.

Haqqında Yaradılması tarixi 2017-ci ildə İsmayıllı və Fransanın Evian-le-Bən şəhərləri arasında imzalanmış dostluq və əməkdaşlıq xartiyası çərçivəsində Evian şəhərində, Leman gölü sahilində "Azərbaycan parkı"nın rəsmi açılış mərasimi olub. Bununla yanaşı parkda “Dostluq” bulağı və Xurşidbanu Natəvanın heykəlinin də açılış mərasimi olub. Heykəlin müəllifləri Salhab Məmmədov və Əli İbadullayevdir.

Vandalizm 2023-cü ilin dekabr ayının 18-də 2022-ci ildə Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalarla əlaqədar olaraq, parkdakı “Azərbaycan parkı” ifadəsi silinmişdir, ancaq abidə saxlanılmışdır.Juliette Barot. Evian: le nom du jardin d’Azerbaïdjan remis en cause // Le Messager. — 2023. — 22 декабря. Bundan sonra İsmayıllı rayonu hakimiyyəti Evian-le-Bənlə dostluq və əməkdaşlıq xartiyasının ləğv edildiyini qeyd etmişdir.На памятнике Натаван во Франции обнаружены повреждения, монумент перевезен в безопасное место // report.az. — 2024. — 3 января.

2024-cü ilin yanvarında abidə vandalizmə məruz qalmış, üzəri qırmızı boya ilə boyanmış, burun və barmaqları zədələnmişdir.На памятнике Натаван во Франции обнаружены повреждения, монумент перевезен в безопасное место // 1news.az. — 2024. — 6 марта. Bundan sonra Azərbaycan tərəfi abidəni Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinə götürmüşdür.Нота осталась без ответа: Франция держит памятник Натаван в заложниках? // 1news.az. — 2024. — 25 января. Prezident İlham Əliyev abidəyə qarşı vandalizmi və fransız hökümətinin daha sonrakı addımlarını tənqid etmişdir.Акт вандализма в отношении памятника Натаван во Франции не поддается нормальному пониманию – Алиев // interfax.az. — 2024. — 14 марта.

10 may 2024-cü il tarixində Natəvanın heykəlinin Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində yenidən açılışı olmuşdur.

Həmçinin bax Xurşidbanu Natəvanın büstü (Şuşa) Xurşidbanu Natəvanın heykəli (Belçika)

İstinadlar

Xarici keçidlər Fransada “Azərbaycan parkı”nın və Xurşudbanu Natəvanın abidəsinin açılışı olub / AzərTac

Kateqoriya:Xurşidbanu Natəvanın heykəlləri