Vanuatu Respublikası (, , ) — Sakit Okeanın cənubunda yerləşən ada dövlət. Vanuatu arxipelağına Yeni Hibrid arxipelağı, Melaneziyada Banke və Torres adalarına aid olan 80 ada daxildir. Onlar mənzərəli landşaftı ilə məşhurdur. Vanuatu dövlətinin yerləşdiyi Yeni Hibrid arxipelaqı 1606-cı ildə ispan dəniz səyyahı Pedro Fernando Kiros tərəfindən kəşf olunmuşdur. 1980-ci ilə qədər ölkə Böyük Britaniya və Fransa tərəfindən idarə olunurdu. Rütubətli tropik iqlimə malik olan adalarda illik yağıntıların miqdarı 2500–3000 mm-ə qədərdir, dekabr-mart aylarında tez-tez siklonlar yaranır.

Adın etimologiyası Polineziya dilindən tərcümədə vanua — "torpaq, ölkə" deməkdir.

Tarixi 1. Yeni Hebridlər (Vanuatu burada yerləşir) adaları Portuqaliya dəniz səyyahları tərəfindən tapılmışdır — 1606 2. Adalar Böyük Britaniya və Fransanın birgə idarəçiliyində — 1906 3. Milli Birlik Hökuməti — 1978. 4. Ölkənin müstəqilliyi elan olunur — 1980.

Relyef Adalar sualtı dağların zirvəsini xatırladır. Adalarda tez-tez zəlzələlər baş verir, lakin zəif olur. Adalarda daim hərəkətdə olan 10 vulkan var. Ən yüksək nöqtə Tambemasana (1877 m)

İnzibati ərazi bölgüsü 6 əyalət

İqtisadiyyat Əmək qabiliyyətli əhalisinin əsas hissəsi istehlak xarakterli əkinçilik və balıqçılıqla məşğul olur. kokos palması, yams, batat, kakao, qəhvə, şəkərqamışı becərir. Lakin ölkənin əsas gəlirləri turizm və ofşor zonalarda fəaliyyət göstərən banklardan əldə olunan vəsaitin hesabına formalaşır. Sənayedə ağac emal edilir, ərzaq və toxuculuq məhsulları istehsal olunur.

Dil Vanuatu Respublikasının rəsmi dövlət dili Bislama dili (sadələşdirilmiş ingilis dili), ingilis və fransız dilləridir.

Əhali Vanuatu əhalisi əsasən xristianlığın presviterianlıq qoluna sitayiş edir. Vanuatu əhalisinin 80%-i Efate, Espiritu-Santo və Ambrim də daxil olmaqla 11 adada yaşayır. Sakinlərin 98%-i 100-dən çox dildə danışır. Az sayda ingilsi, fransız, avstraliyalı, Yeni Zelandiyalı, Cənub-Şərqi Asiyadan köçənlər yaşayır. Milli zəmində münaqişələr az olur.

Silahlı qüvvələr Sayı 300 nəfərə qadər olan hərbiləşdirilmiş könüllülər dəstəsi yaradılıb.

Həmçinin bax Vanuatu Qırmızı Xaç Cəmiyyəti

İstinadlar

Xarici keçidlər

Kateqoriya:BMT üzvü olan ölkələr Kateqoriya:Millətlər Birliyinə üzv dövlətlər Kateqoriya:Sakit okeanın arxipelaqları Kateqoriya:Ada dövlətlər Kateqoriya:Fransız dilində danışılan ölkə və bölgələr Kateqoriya:Unitar respublikalar