Suvalkiya, Suduva və ya Ujnemune () — Litvanın cənub-qərbində ən balaca etnoqrafik bölgə.

Adı Rus, polyak və alman mənbələrində yerli əhalisinin fərqli adları verilir. Beləliklə, bu bölgənin adı mübahisəlidir. Sudoviya adı bu ərazidə məskənləşən Sudlar tayfasından gəlir. Suvalkiya adı hazırda Polşada yerləşən Suvalki şəhərindən gəlir. Coğrafi olaraq bu bölgəyə həmçinin Ujnemune deyilir. Bu ad mübahisəsinə görə etnik mədəniyyətinin dövlət müdafiəsinin əsasları haqqında qanun bölgənin iki adını çəkir: Suvalkiya (Sudova) ().

Coğrafiya

Bölgə Neman çaydan cənubda, keçmiş Vilkavişkiş yepiskopluğun ərazisində yerləşir. Bölgənin cənub-qərbi hissəsində Viştitis-Qrajişkiay təpəliyindən Şirvintos və başqa çaylar axır. Viştitis gölü təpələrlə əhatə olunur. Suvalkiya şimaldan və qərbdən Neman çayı ilə əhatə olunur.

Cənubi Sudova və o cümlədən, Suvalkiya şəhəri müasir Polşanın hissəsidir.

Əhali

Suvalkiyada qərbi Aukşaytiya ləhcəsində danışırlar. XIX əsrdə bu ərazi Rusiyanın yarımuxtar Polşa çarlığının tərkibində olduğuna görə, bölgənin kimliliyi o vaxt formalaşıb və beləliklə, Suvalkiya Litvanın ən yeni etnoqrafik regionudur. Burdakı o dövrdə mövcud olan siyasi vəziyyətində Mariyampole şəhərindəki məktəbləri Litva milli dirçəlişinin tanınmış fəalları böyüdə bilib. Nəticədə məhs burda danışılan qərbi Aukşaytiya ləhcəsi standartlaşmış Litva dilinin əsası olub.

Cənubi Sudovada hələ də litvalılar yaşayır. Məsələn, əhalisi təxminən 1200 nəfər olan Punsk kəndinin 80%-i litvalılardır. Burda litvalılarla bağlı muzeylər yerləşir. Kəndin yanında tarixdən əvvəlki Pruss-Yatvyaq yaşayış məntəqəsi saxlanılır.

İstinadlar

Kateqoriya:Suvalkiya Kateqoriya:Avropa regionları