Babək və ya Babək Xürrəmi və ya Babək Xürrəmdin (; ) — Xürrəmilər hərəkatının rəhbəri, Ərəb Xilafətinə qarşı İrandakı azadlıq müharibəsinə rəhbərlik etmiş sərkərdə.Bernard Lewis (1991), "The Political Language of Islam", University of Chicago Press, pp 314. "The last and most nearly successful of the Iranian movements, however was that of Babak, who established his independence in Adharbayjan early in al-Mamun's reign." Fars mənbələrində adı "Bapak", erməni mənbələrində "Bab",Vardapet Vardan — Ümumi tarix, səh 101 "Baban"Moisey Kalankatlı — Alban ölkəsinin tarixiStepannos Orbelian-Sünik tarixi, XXXIII fəsil, səh. 95–97 kimi də qeyd edilir.
Həyatı Babəkin həyat və fəaliyyəti ilə bağlı olan başlıca əsər Baqid ibn Əmr ət-Təmiminin "Babəkin tarixi" əsəridir. Dövrümüzə qədər gəlib çatmamış bu əsər haqqında X əsr ərəb müəllifi İbn İshaq ən-Nədim özünün "əl-Fehrist" əsərində məlumat vermişdir.İbn ən-Nədim Fihrist. Leypsiq. 1871, s. 406
O, təqribən 798-ci ildə Ərdəbil yaxınlığındakı Bilalabad kəndində doğulmuşdur. Onun atasının adı Abdulla idi. Əbu Hənifə Dinavərin "Əxbar-ət tival" adlı əsərində isə belə yazır: "Babək Əbu Muslimin qızı Fatimənin oğlu Mutəhərrin övladından biridir. Və xurrəmiyidən olan Fatimiyə qəbiləsi ona mənsubdur".Elşən Cəfərov. Kimdir əslində Babək? Bu ad sırf ərəb mənşəli olduğundan belə güman edilir ki, o, müsəlman olub. Babəkin atası İranda yaşayır və bitki yağı alveri ilə məşğul olurdu. Babəkin anası ilə də o, yağ satarkən Bilalabad kəndində tanış olmuşdu. Abdulla evləndikdən sonra da İranın hər yerində yağ alveri edirdi. Bir dəfə Ərdəbil yaxınlığında ikən quldurların hücumuna məruz qalır və evə qayıdandan sonra aldığı yaralardan vəfat edir. Onun dul qadını iki uşağı — Həsən və Abdulla ilə tək qalır. Böyük oğlu Həsən sonralar Babək adı ilə məşhurlaşır.
Babək on yaşına çatanda anasına kömək etmək üçün naxıra gedir. Bir neçə il sonra Babək karvanlara qoşulub, İranın hər tərəfini gəzir. Bu gəzintilər zamanı ölkənin coğrafiyasına yaxından bələd olması sonralar ona ərəblərin nizami orduları ilə vuruşlarda çox kömək eləyir. Az sonra Babək Təbrizə gedir. Burada xürrəmilərin təlimi ilə tanış olur. On səkkiz yaşında Təbrizi tərk edərək, anasının yanına Bilalabada qayıdır.
Bilalabad yaxınlığındakı Bəzz adlanan keçilməz dağ qalasında varlı vilayət hakimi, Cavidan ibn Sührək deyə çağrılan bir xürrəmi yaşayırdı. O, yerli xürrəmi təşkilatına başçılıq edirdi. Əbu İmran adlı qonşu feodalla (o da xürrəmi idi) daimi düşmənçiliyi Cavidanı həmişə döyüş hazırlığı vəziyyətində saxlayırdı. Bir dəfə qış vaxtı Zəncanda mal-qarasını satıb qalaya qayıdarkən Cavidan yolda qar fırtınasına düşür. Onun dəstəsi sığınmaqdan ötrü Bilalabada dönür və təsadüf üzündən Babəkin anasının evinə düşürlər. Babəklə görüşü Cavidanı bərk təəccübləndirir. O, ucqar kənddəki bu kasıb kəndli daxmasında öz yaşından çox-çox qabağa getmiş belə yüksək fərasətli bir cavanla rastlaşacağını gözləmirdi. Buna görə də götür-qoy etmədən Babəki öz dəstəsinə dəvət edir. Babək anasının tənhalığını səbəb gətirərək, bu təklifə razılaşmır. Onda Cavidan Babəkin anasına oğlunu buraxmasından ötrü ağız açır və ayda ona beş-on dirhəm göndərəcəyini vəd edir. Anası razı olur və səhər tezdən Babək döyüşçü yoldaşları ilə Bəzz qalasına yola düşür.İbnTəqriberdi. Ən-Nucmi əz-zahirə, səh. 577
Babək buradakı malikanələrin idarəçisi işlədiyi az bir vaxtda Cavidanın və yoldaşlarının böyük hörmət və rəğbətini qazanır. Belə ki, Cavidan Əbu İmranla toqquşmalarının birində həlak olarkən onun xanımı döyüşçülərin hamısını toplayaraq, Cavidanın vəsiyyətini çatdırır: "Yoldaşlarıma xəbər ver-bilirəm ki, bu gecə ölməliyəm — de ki, ruhum mənim cismimdən Babəkin bədəninə keçir. Onun ruhuna qovuşur və o sizin yardımınızla elə qüdrətin sahibi olacaq ki, bizim heç birimiz hələ yetə bilməmişik, dünyanın ən güclü şəxslərini yenəcək, sizin aranızdakı ən mağmınlar iftixar, alçaldılmışlar yüksəliş tapacaq."Azərbaycan tarixi (yeddi cilddə), Bakı, 2007, II cild
Ərəb tarixçisi Məhəmməd ibn İshaq baş verənləri belə təsvir edir: "Döyüşçülər xanımdan soruşdular: "Nəyə görə ölümqabağı o, bunları özü bizə söyləmədi?" O cavab verdi: "Siz hərəniz bir kəndə səpələnmişdiniz. Əgər o hər birinizin ardınca çapar göndərsəydi, ərəblər bundan xəbər tutar və onun can üstə olmasından istifadə edərdilər. Buna görə də o, mənə tapşırdı ki, sizi yığım, vəsiyyəti eşidəsiniz və əməl edəsiniz." Kəndlilər dedilər: "Danış, sağikən biz ona tabe olmuşuq, öləndən sonra da onun iradəsinin ziddinə getməyəcəyik." Dul qadın sözünə davam etdi: "Onun son sözləri budur: mən bu gecə ölməliyəm, ruhum bu gəncin, qulluqçumun (o, Babəki göstərdi) cisminə qovuşacaq. Mən öz silahdaşlarım üzərində rəhbərliyi ona vermək qərarına gəlmişəm. Kim buna qarşı çıxsa və mənim iradəmə zidd getsə, qoy ona lənət olsun." Onda hamı bir ağızdan dedi: "Biz razıyıq". O, hamını bir-bir çağıraraq, dedi: "Bir tikə çörək götür, suya batırıb ye və söylə: -Ey Bəbəkin ruhu, mən sənə əvvəllər Cavidanın ruhuna inandığım qədər inanıram. Sonra Babəkin əlini əlinə al, əyil və öp." Hamı belə etdi. Bu 816-cı ildə baş verdi." Ət-Təbəri, III, səh. 1015əl-Məsudi. Muruc, VII, səh. 130İbn əl-Əsir, VI, səh. 121.П. К. Жузе. папак и папакизм, стр. 209–210
Fəaliyyəti
Xürrəmilər hərəkatına rəhbərliyi Cavidanın varisi olduqdan sonra o, Bəzzdə yerləşən xürrəmilər icmasına başçılıq edir və özünə Babək adını götürür. Cavidanın dövründə Azərbaycan bu mübarizənin mərkəzinə, Bəzz isə xürrəmilərin paytaxtına çevrilmişdi.
Xürrəmi icmasının rəhbəri olduqdan sonra Bəbək qətiyyətli fəaliyyətə keçir. O, öz xürrəmiləri qarşısında ərəbləri qovmaq və ədaləti bərpa eləmək vəzifəsi qoyur. Şərtləşdirilmiş işarə üzrə Babəkin tərəfdarları Bəzz qalasının əhatəsindəki bütün ərəblərin və onların tərəfində duranların başlarını kəsirlər. Bundan sonra üsyan o biri vilayətlərə də yayılır. Az sonra təqribən bütün Azərbaycan ərazisi xürrəmilərin əlinə keçir. Buradan dalğa şimala-Arrana və Cənub-Şərqə — Cibəl və Xorasana yayılır. Babək hər yerdə eyni ssenari üzrə hərəkət edir. Bütün tutulmuş mövqelər dağıdılır, hərbi qarnizon, ərəb əhalisi və onlara tərəf duranlarsa amansızlıqla qılıncdan keçirilir. Babəkə qarşı çıxan yerli feodallar da məhv edilirlər.
Babəkin belə asanlıqla uğurlar qazanmasında İranı düşmən istilasından azad etmək arzusunda olan qəhrəman xalqın böyük köməyi olmuşdur. Məmun ardıcıl məğlubiyyətlərə məruz qaldı və hakimiyyəti itirmək qorxusu altında, siyasi kursunu dəyişib, 819-cu ildə paytaxtı Xorasandan Bağdada keçirir.
Xəlifə Məmun Babəkin üstünə nizami ordu göndərir. Lakin iş çox qəlizləşdiyindən Babəkə qarşı döyüşmək artıq asan deyildi. Məmun beş dəfə özünün ən say-seçmə döyüşçülərini hücuma göndərir və beş dəfə onun sərkərdələri məğlub olurlar.Əl-Fihrist, səh.400–480 Məmun bir-birinin ardınca ali qoşun başçılarını dəyişib yeni-yeni ordular yaratsa da, cəhdləri nəticəsiz qalır. Babək yenilməzlik şöhrəti qazanır. Məmunun Babəkin üzərinə göndərdiyi ilk qoşuna Yəhya ibn Məaz ibn Müslüm başçılıq edirdi.Ət-Təbəri, III, səh. 1039 Onların arasında ilk döyüş 819-cu ildə baş verdi və tərəflərin heç birisi əhəmiyyətli qələbə qazanmadı. 820-ci ildə Məmun onun yerinə məşhur sərkərdə İsa ibn Məhəmməd ibn Əbu Həmidi təyin edir və eyni zamanda qərbi Azərbaycan və Azərbaycan hakimliyini də ona verir.Əl Yəqubi, II, səh. 564 Yeni hakim öz qoşunu ilə dağ cığırlarından keçərək, Bəzz qalasına doğru irəliləyir. Babək onu yolda qarşılayaraq, əzir. Müasirlər danışırlar ki, hazırcavab əsgərlərdən biri arxasına baxmadan qaçan İsadan soruşur: "Ey Əbu Musa, hara belə?" O isə belə cavab verir: "Biz onlarla vuruşa bilmərik, biz ancaq müsəlmanları qorxutmağa qadirik."Ət-Təbəri, III, səh. 1070 Sonrakı qoşun başçısı Züreyk ibn Əli ibn Sədəq əl-Əzdi də uğur qazana bilmir.Ət-Təbəri, III, səh. 1072, 1233
Bu illərdə Babəkin sərkərdəlik məharəti də üzə çıxır. Sayca az olan və heç də yaxşı təlim görməyən qoşunu ilə o, yerli şəraitə dərindən bələd olmasından istifadə edərək, yeni və ağıllı taktiki fəndlər işlədərək xürrəmilər hərəkatının ciddiliyini hələ də yaxşı anlamayan, Babəkin sərkərdəlik bacarığını düzgün qiymətləndirməyən özündən müştəbeh ordu başçılarına asanlıqla qələbə çalır. Nəhayət, vəziyyətin ciddiliyini qiymətləndirməyə məcbur olan Məmun götür-qoy etdikdən sonra bir neçə qoşun dəstəsini birləşdirərək, təcrübəli sərkərdə Məhəmməd ibn Hüməyd ət-Tusinin sərəncamına verir və yenə də onu eyni zamanda Ərməniyyə və Azərbaycan hakimi təyin edir.Əl-Yəqubi, II, səh. 565 Güclü ərəb qoşununun təzyiqi altında Babək Bəzz qalasına doğru geri çəkilmək məcburiyyətində qalır.Siyasətnamə, səh. 225 Qələbənin yaxında olduğunu zənn edən Hüməyd öz qoşunu ilə qalanın yaxınlığında düşür. 829-cu ilin 3 iyununda döyüşə girməzdən qabaq Babək ən say-seçmə döyüşçülərindən ibarət dəstəsini dağların arxasında gizlədərək, özü düzəngaha baxan qayalardan birində mövqe tutur. Babək qayalardan enərək, düzəngaha gəlir və gərgin döyüş başlayır. Əgər Babəkin ehtiyatda saxladığı dəstə olmasaydı, bu döyüşdən kimin qalib çıxacağını müəyyənləşdirmək olmazdı.ət-Təbəri, III, səh. 1101 Döyüşün gərgin çağında həmin xürrəmi dəstəsinin ərəblərin arxasından hücuma keçməsi məsələni həll edir. Xilafət ordusu pərən-pərən olub, qaçışır, Məhəmməd ibn Hüməyd isə ölür.İbn Miskəveyh, VII, səh. 463
Bir il sonra ərəblərin yeni komandanı İbrahim əl-Leys ibn Fəzl də xürrəmilərə məğlub olur.Ət-Təbəri, III, 1072 Məmun təzə ordu toplamaq istəsə də, Bizansla müharibə onu Babəklə mübarizədən yayındırır. Babək bir müddət rahatlaşır və öz daxili problemləri ilə məşğul olur.
Xürrəmilərin üsyanı İsfahan, Fars və Kuhistana da yayılır. Bu məsələ Xorasanda da yetişməyə başlayır. Babəkin qoşunları döyüşlərdə ələ keçirdikləri qəniməti Bəzz qalasına aparır. Qadınlar kişilərlə bərabər hüquq sahibi kimi üzləri açıq gəzir, hərəmxanalarda gizlənmir, öz istəklərinə görə ərə gedə bilirlər.
833-cü ildə xəlifə əl-Məmun öz taxtına qardaşı əl-Mötəsimi əyləşdirərək, dünyadan köçür.Ət-Təbəri, III, 1163–1165 Qardaşına qoyduğu vəsiyyətdə Məmun yazırdı:"Xürrəmilərə gəlincə, onlara qarşı göndərdiyin qoşunun başına qətiyyətli, amansız bir adam qoy, səbrlə ona silah, yeni süvari və piyadalar, silahlar göndər. Əgər bu iş çox uzansa, özün ən yaxın adamlarınla onların üzərinə get."Mötəsim hakimiyyətə gələn kimi, ordunu yenidən qurmağa başlayır. başlıca olaraq, türklərdən yığılmış muzdlu qoşun təşkil edir.Ət-Təbəri, III, səh. 1164 Bəbəkin ordusunda da türklər çoxluq təşkil edirdi. Bunlardan biri də qabiliyyətli sərkərdə Tərxan idi. Çətin həyat şəraitinə öyrəşmiş gözəl hərbçilər olan türklər Mötəsimin Babək üzərində qələbə çalmasında əvəzsiz rol oynayırlar.Vəlixanlı N. M. Ərəb Xilafəti və Azərbaycan. Bakı: Azərnəşr, 1993, s. 74
Mötəsim xilafətin paytaxtını Bağdaddan türk əhatəsində yerləşən Samirəyə köçürür. Ordusunu yenidən quran və təzə-təzə türk dəstələri ilə möhkəmləndirən Mötəsim Həmədan yaxınlığında Babəklə döyüşə girir. Bu döyüşdə ərəb ordusuna əl-Cibəl hakimi İshaq ibn İbrahim ibn Müsab başçılıq edirdi. Babək özünün ənənəvi döyüş metodunu-partizan müharibəsi metodunu dəyişərək, açıq meydanda vuruşa girir. Təbii ki, Babəkin təlim keçməmiş, süvari dəstələri muzdlu nizami ordunu yenə bilməzdi və məğlubiyyətə uğramalı idi. Əlli mindən artıq kəndli döyüşçü öldürülür, qalanlarsa canlarını qaç-maqla qurtarırlar. Çoxları Roma imperiyası hüdudlarına qaçıb gizlənir. Babək özü də qaçıb, birtəhər Bəzzə çatır və yeni dəstələr toplamağa başlayır.Ət-Təbəri, III, səh. 1165