Əhməd Cavad Paşa () — II Əbdülhəmidin səltənətində 3 il 9 ay 4 gün sədrəzəm olmuş Osmanlı dövlət xadimi, yazar və publisist.M. Tayyib Gökbilgin, "Cevad Paşa", İA, III, İstanbul 1988, s.111Cavid Baysun, "Djawad Pasha", EI2, II, s.489Başbakanlık Osmanlı Arşivi, Sicilii-i Ahval Defteri, II, s.1006Mehmet Zeki Pakalın, Sicill-i Osmani Zeyli, V, s.1051
Həyatı Uşaqlıq illəri 6 noyabr 1850-ci ildə Dəməşqdə dünyaya gəldi.Franz Babinger, Osmanlı Tarih Yazarları ve Eserleri. Çev. Coşkun Üçok, Ankara 1982, s.415 Atası Afyonlu Hacı Əhməd Əfəndinin oğlu miralay Mustafa Asım bəydir.İbnülemin Mahmut kemal İnal, Son Sadrazamlar, III, İstanbul 1982, s.1473 Anası isə əslən Suriya türkmanı olan Xəttatzadə ailəsindən Hüseyn bəyin qızı Zəhra xanımdır.Şirin Devrim, Şakir Paşa Ailesi "Harika Çılgınlar", İstanbul 1996, s.15 Atasının vəzifəsi səbəbilə bir müddət Afyonda və Bursada, daha sonra isə İstanbulda yaşadı. İlk təhsilini də məhz Bursada başladı. Ancaq hələ 12 yaşında ikən, 1862-ci ilin dekabrında həm atasını, həm də anasını 3 gün arayla itirdi. Valideynlərinin vəfatından sonra 13 yaşlı bacısı Sara, 12 yaşlı Cavad və 7 yaşlı qardaşı Şakir ailə dostları və o əsnada Rumeli qazəsgəri olan Atifzadə Hüsaməddin Əfəndinin himayəsinə alındı.İlmiye Salnamesi, İstanbul 1334, s.594-595Abdülkadir Altunsu, Osmanlı Şeyhülislamları, Ankara 1972, s. 194-195 Ancaq qısa müddət sonra bacısı və qardaşı nənəsi Fatma xanımın himayəsi altında Afyondakı qohumlarının yanına aparıldı.
Hərbi təhsili və xidmət illəri Valideynlərinin vəfatından qısa müddət sonra hərbi məktəbə daxil olan Əhməd Cavad atasının yaxın dostlarından Musa Safveti Paşa tərəfindən mənəvi övladlığa alındı. İlk hərbi təhsilini 29 noyabr 1869-cu ildə tamamladıqdan sonra təhsilini davam etdirdiNevsal-i Malumat, İstanbul 1319, s.68 və 17 yanvar 1871-ci ildə kapitan rütbəsilə məzun oldu.Muharrem Mazlum İskora, Harp Akademileri Tarihçesi (1846-1965), I, Ankara 1966, s.159
Məzun olduqdan sonra 500 kuruş maaşla saray yavəri təyin olunan Əhməd Cavad 28 iyun 1871-ci ildə qolağası rütbəsinə yüksəldi. Bu vəzifədə ikən qələmə aldığı "Ma'lûmâtü'l-kâfiye fi Memâliki'l-Osmaniyye" adlı əsərini hazırlayaraq Sultan Əbdüləzizə təqdim etdi və 1872-ci ilin avqustunda mayor rütbəsinə yüksəldi.
V Orduya təyin edilmədən öncə təhsil aldığı Hərbi məktəbdə bir ilə yaxın riyaziyyat fənnindən dərs deyən Əhməd Cavad 1874-cü ildə hərəm ağası Ramiz ağadan aldığı tövsiyə məktubuyla Dəməşqdəki V Orduya təyin olundu. 1877-1878 Osmanlı-Rusiya müharibəsinin başladığı tarixədək Dəməşqdəki V Orduda xidmət edən Əhməd Cavad müharibənin başlamasının ardından Dunay çayı cəbhəsinə təyin olundu.Salnâme-i Devlet-i Aliyye-i Osmâniyye, İstanbul 1293, s.84
1877-1878 Rusiya-Osmanlı müharibəsi illəri 1877-1878 Osmanlı-Rusiya müharibəsində Dunay çayı cəbhəsindəki Əziz Paşa birliyinə qatılan Əhməd Cavadın, o əsnada hərbi məktəbdə təhsil alan qardaşı Şakir də Əziz Paşanın yavəri olaraq müharibədə iştirak etdi. 26 iyul 1877-ci ildə baş tutan Ezerçe döyüşündə Əziz Paşanın şəhid olması və İspartalı Feyzullah Paşanın ağır yaralanmasının ardından birliyə başçılıq edən Əhməd Cavad 19 noyabrda yeni təyinat gələnə qədər bu vəzifəsini davam etdirdi. Ardından bu xidmətinə görə dördüncü dərəcəli Məcidi nişanıyla mükafatlandırıldı. Kastelova və Ablanova döyüşlərindəki üstün bacarığı səbəbilə 5 sentyabr 1877-ci ildə dördüncü dərəcəli Osmaniyyə nişanı ilə təltif edildi. 4 dekabr 1877-ci ildəki Elena döyüşünə qatılan Əhməd Cavad bəy, göstərdiyi rəşadəti səbəbilə 17 fevral 1878-ci ildə miralaylığa yüksəldi. Sonuncu döyüşdə əldə edilən hərbi qənimətləri İstanbula aparmaqla vəzifələndirilən Əhməd Cavad yenidən dördüncü dərəcəli Osmaniyyə nişanı ilə təltif edildi.
Mülki xidmətləri Redaksiya işləri Müharibədən sonra 1880-ci ildə Hərbi Akademiyanın ümumi şöbəsində xidmətə başlayan Əhməd Cavad bəy, bu vəzifədə ikən həmin şöbə tərəfindən nəşr edilən Ceride-i Askeriye qəzetinin redaktorluğuna başladı. Üstəlik 1879-cu ilin oktyabrından etibarən 15 gündə bir nəşr olunan Yadigar jurnalının da redaktoru idi. Bununla yanaşı 1881-ci ildə Dövlət Şurası yanında Nafiyə komissiyasına üzv seçilən Əhməd Cavad bəy həmin ildən etibarən redaktorluq etdiyi qəzetlərdə məqalələr yazmağa başladı.
Sərhəd təyini xidmətləri Berlin müqaviləsində qeyd olunan Yunanıstan-Osmanlı sərhəddinin müəyyən olunması məsələsi səbəbilə yaradılan komissiyaya daxil edilən Əhməd Cavad bəy sərhəddin kağız üzərində müəyyən edilməsi halında real sərhəd zonasının təyin edilməsiylə vəzifələndirildi. Ancaq bu müzakirələr komissiya rəhbəri Qazi Muxtar Paşanın sərt münasibəti səbəbilə nəticəsiz qaldı.
Daha sonra 1880-ci ildə yenə Berlin müqaviləsinə əsasən, suverenliyini qazanan Serbiya ilə Osmanlı arasındakı sərhəddin müəyyən edən komissiyaya üzv seçildi. Həmin il başlayan danışıqlar nəticə verdi və sərhəddin bir hissəsi müəyyən olundu. Ertəsi il toplanan ikinci komissiyaya bu dəfə rəhbər seçilən Əhməd Cavad bəy qalan sərhəd zonasını da müəyyənləşdirdi və həmin il Serbiya krallığı tərəfindən üçüncü dərəcəli Takova nişanıyla təltif olundu.
1880-ci ilin iyununda Anadolu sərhəddinin müəyyənləşdirilməsi üçün toplanan ikinci komissiyaya rəhbər təyin edilən Əhməd Cavad bəy bu vəzifəylə Ərzuruma göndərildi. Aparılan danışıqların nəticəsində 12 sentyabr 1880-ci ildə Qarsda tərəflər arasında razılaşma imzalandı və sərhəddin müəyyənləşməsində göstərdiyi bacarıq səbəbilə Əhməd Cavad bəy 17 fevral 1882-ci ildə üçüncü dərəcəli Osmaniyyə nişanı ilə, Rusiya hökuməti tərəfindən isə 29 mart 1882-ci ildə ikinci dərəcəli Müqəddəs Anna nişanı ilə təltif edildi.
Çetinye səfirliyi 19 fevral 1884-cü ildə Berlin müqaviləsiylə müstəqillik qazanan Monteneqro knyazlığının paytaxtı Çetinyedəki Osmanlı səfirliyinə təyin olunan Əhməd Cavad bəy 5 mart 1884-cü ildə ikinci dərəcəli Osmaniyyə nişanı ilə təltif edildi və 26 martda mirlivalığa yüksəldi. Təyinatından bir neçə ay sonra Monteneqro knyazı I Nikolayın dəvətiylə 17 mayda başlayan və 28 gün davam edən ölkədaxili səyahətdə iştirak etdi. Bu səyahətlə bağlı xatirələrini Seyâhatnaâme-i Cevad adı altında qələmə aldı.Mehmet Mercan, "Sadrıâzam Ahmed Cevad Paşa'nın Karadağ Seyahatnâmesi", Türk Dünyası Araştırmaları, Sayı: 102, İstanbul 1996, s. 141-166 Belə bir səyahətin digəri isə 1886-cı ilin mayında baş tutdu.
Səyahətin ardından Çetinyedə səfirlik binasının inşasına vasitəçilik edən Əhməd Cavad bəyin səyləriylə 5 mart 1886-cı ildə təntənəli mərasimlə bina istifadəyə verildi. Bu vəzifədə ikən Monteneqronun sərhəd məsələsiylə də məşğul olan Əhməd Cavad bəy 2 noyabr 1885-ci ildə yaradılan komissiyanın sədri seçildi. Daha öncə Anadolu, Yunanıstan və Serbiyanın sərhəd məsələsində iştirak etməsi, eləcə də sözügedən bölgəni tanıması səbəbilə qısa zamanda danışıqlar nəticə verdi və 20 avqust 1887-ci ildə tərəflər arasında razılığa gəlindi.
Əhməd Cavad bəyin Çetinye səfirliyi dövründə Osmanlı-Monteneqro münasibətləri yaxşı idi. Sultan Əbdülhəmid və knyaz I Nikolay bir-birinə tez-tez hədiyyələr göndərir, qarşılıqlı olaraq dövlət adamlarını nişan və orderlərlə təltif edirdilər. Bu münasibətlə Sultan Əbdülhəmid tərəfindən knyaza hədiyyə edilən İmtiyaz nişanı 29 may 1886-cı ildə keçirilən mərasimlə təslim edildi. Ardından knyaz I Nikolay da səfir Əhməd Cavad bəyi Qızıl Şücaət medalı ilə təltif etdi.
Ancaq Çetinye səfirliyinə təyinatı əsnasında gözlərində problem olan Əhməd Cavad bəy burada ikən revmatizm və mədə problemləri yaşamağa başladı. Bu səbəblə bir neçə dəfə müalicə üçün Avropaya getmək üçün icazə istəsə də, bu təklifləri geri çevrildi. Səhhətinin daha da pisləşməsinin ardından 31 iyul 1888-ci ildə vəzifədən alınaraq İstanbula çağırıldı. Vəzifədən alındıqdan sonra bir müddət daha Çetinyedə qalan Əhməd Cavad bəy 25 avqustda buradan ayrıldı. İstanbula döndükdən sonra 2 sentyabr 1888-ci ildə Hərbi Təftiş komissiyası üzvü seçildi və Hərbi Akademiyanın ümumi şöbəsinə təyin olundu.Tahsin Paşa, Sultan Abdülhamid Tahsin Paşa'nın Yıldız Hatıraları, Haz. Ali Ergenekon, İstanbul 1990, s.25 Bu komissiyadakı vəzifəsi sədarətə təyin olana qədər davam etdi.
Afina Fövqəladə səfirliyi Yunanıstan kralı I Georqun taxta çıxmasının 25 illiyi münasibətilə Afinada keçirilən dövlət tədbirində iştirak etmə məqsədilə 24 oktyabr 1888-ci ildə vəzifələndirilən Əhməd Cavad bəy 2 gün sonra gəmiylə yola düşdü.Georges Castellan, Balkanların Tarihi, Çev. Ayşegül Yaraman-Başbuğu, İstanbul 1995, s. 345-350, 407 30 oktyabr günü Yunanıstan kralıyla görüşən Əhməd Cavad bəy Sultan Əbdülhəmidin göndərdiyi hədiyyələri krala və kraliçaya təqdim etdikdən sonra ertəsi günki ildönümü mərasimində iştirak etdi.
10 noyabra qədər Afinada qalan Əhməd Cavad bəy bu müddət ərzində bir çox dövlət tədbirində və açılışlarda iştirak etdi. Bu xidmətlərinə görə 22 may 1889-cu ildə Yunanıstan hökuməti tərəfindən birinci dərəcəli Sürur nişanı, Sultan Əbdülhəmid tərəfindən isə birinci dərəcəli Məcidiyyə nişanı hədiyyə edildi.
Krit əyalətindəki xidmətləri 29 iyul 1889-cu ildə rütbəsi ferikliyə yüksəldi və Krit əyaləti Hərbi Akademiyasına sədr təyin olundu. Üstəlik o əsnada qardaşı Şakir Paşa da Krit əyalətində vali vəkili olaraq xidmət etməkdə idi. Bura gələr-gəlməz adanı qarış-qarış gəzən Əhməd Cavad bəy əyalətin o günki vəziyyəti, bölgədə çıxan üsyanların səbəbləri və onlarla mübarizənin yolları barədə hazırladığı hesabatı Sultan Əbdülhəmidə göndərdi. 30 iyun 1890-cı ildə qardaşı Şakir Paşanın İstanbula çağırılması ilə Əhməd Cavad bəy onun yerinə əyalətin vali vəkilliyinə təyin edildi.
Təyinatın ardından əyalətdə bir çox işlərə imza atan Əhməd Cavad bəy adanın xristian əhalisi üçün məktəblərin, eləcə də illərdir inşaatı davam edən Müsəlman Qız məktəbinin inşasını tamamladı. İstifadəyə yararsız olan xəstəxananın yerinə Hanyada yeni bir xəstəxana inşa etdirdi. Bu və digər xidmətləri səbəbilə 13 dekabr 1890-cı ildə Krit Qızıl medalı isə mükafatlandırıldı və 5 fevral 1891-ci ildə müşir ünvanına yüksəldi. Nəhayət çox keçmədən 4 sentyabr 1891-ci ildə sədrəzəmliyə təyin olundu.
Sədarət illəri Təyinatının ardından Kritdən yola düşən Əhməd Cavad Paşanın yerinə Ədliyə naziri Hüseyn Rza Paşa 6 sentyabra qədər sədarət vəkili təyin edildi. Onun topladığı hökumət kabineti isə bu şəkildə oldu:
Cəmaləddin Əfəndi (Şeyxülislam) Mehmed Rza Paşa (Səraskər) Hüseyn Rza Paşa (Ədliyyə naziri) Həsən Hüsnü Paşa (Bahriyə naziri) Kürd Səid Paşa (Xariciyyə naziri) Xəlil Rüfət Paşa (Daxiliyyə naziri) Əhməd Cövdət Paşa (Məclis sədri) Mustafa Zəki Paşa (Topxana müşiri) Abdullah Qalib Paşa (Əvkaf naziri) Əhməd Zühdü Paşa (Maarif naziri) Əhməd Nazif Əfəndi (Maliyyə naziri) Hüseyn Tofiq Paşa (Ticarət və Nafiyə naziri)
Təxminən 4 il davam edən sədarəti boyunca hökumət kabinetində əsaslı dəyişiklik olmadı. Təyinatından sonrakı ilk əmri isə 14 sentyabr 1891-ci ildə müsəlman əhalinin meyxanalarda əylənmələrini qadağan etdiyi hökm oldu. Elm və təhsilə böyük önəm verən Əhməd Cavad Paşa Bab-ı Əlidə xidmət edən məmurları istifadəsi üçün öz adını daşıyan bir kitabxana təsis etdi. 1893-cü ilin ikinci yarısında inşaatı başlayan kitabxana 11 fevral 1895-ci ildə fəaliyyətə başladı.
Bu müddət ərzində məşğul olduğu əsas məsələ isə sözsüz ki, erməni məsələsi oldu. 1878-ci ildə imzalanan San-Stefano və Berlin müqavilələrinin ardından erməni məsələsi artıq beynəlxalq hal almışdı. Bu tarixdən etibarən ermənilər öncə Osmanlı imperiyası torpaqlarında iğtişaşlar törədərək Avropa dövlətlərinin diqqətini bura cəlb etmək, daha sonra isə Avropa dövlətlərinin müdaxiləsiylə bölgədə müstəqil bir dövlət yaratmaq niyyətinə düşdülər. Bu xəyallar uğrunda komitə və partiyallar quran erməni cəmiyyətləri 1890-cı illərdən etibarən açıq nümayişlər tərtibləməyə başladılar. Bu ayaqlanmaların ilk nümunələri isə 20 iyun 1890-cı ildə Ərzurumda və 27 iyul 1890-cı ildə İstanbulda baş tutan erməni iğtişaşlarıdır.