Ronald Reyqanın doğulduğu yer () və ya Qraham binasıBirthplace of President Ronald Reagan, (Brochure), Tampico Historical Society, Tampico, Illinois. — ABŞ Prezidentinin doğulduğu yer İllinoys ştatının Tampiko şəhərində 19-cu əsrə aid binanın 2-ci mərtəbəsində yerləşir. Bina 1896-cı ildə tikilmişdir. Burada 1915-ci ilə qədər bar fəaliyyət göstərmişdir.

ABŞ-nin 40-cı Prezidenti Ronald Reyqan 6 fevral 1911-ci ildə bu binadakı evdə anadan olsa da, bir neçə aydan sonra ailəsi oradan köçüb. Tarixi bina 2 mərtəbədən ibarətdir və kərpicdən tikilmişdir. Abidə 1982-ci ildə ABŞ-nin Tarixi Abidlərinin Milli Reyestrinə salınmışdır.

İstinadlar

Xarici keçidlər Muzeydə gəzinti haqqında informasiya

Kateqoriya:İllinoys