Mandılı və ya Mandı — Azərbaycan Respublikasının Füzuli rayonunun Pirəhmədli kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Mandılı kəndi Xırdapara-Dizaq mahalına bağlı idi. Xəzinə (divan) mülkü sayılırdı. Kənd XIX yüzilə aid mənbələrdə Əlihüseynuşağı adlanırdı. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Toponimikası Qozluçayın sahilində, dağətəyi düzənlikdədir. Manda Azərbaycan dilinin c.-q. dialəktlərinda yəməli ot adıdır, −1ı isə mənsub.şək.-sidir. Türk dillərində manda/ mandı/mantı sözü "cəfəri"; "dördnala çapmaq"; "qiymətli Çin ipəyi"; "sakit"; "enli alın" və s. mənalarda da işlənmişdir. Kəndin digər adı Əlihüseynuşağı olmuşdur.
Digər bir iddiaya görə kəndin adı Xırmandalı adının təhrif olunmuş formasıdır.
Əhalisi
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Xarici keçidlər Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Füzuli rayonunun kəndləri