Fanerozoy və ya Fanerozoy eonu — Geoxronoloji cədvəldə 4 eondan sonuncusu. Bol bitki və heyvan aləminə sahib dövrdür. 541 milyon il əvvəl başlamışdır və bu günə qədər dəvam edir. Prekembri adlanan fanerozoydan əvvəlki dövr hal hazırda 3 eona: Katarxey, Arxey və Proterozoy eonlarına bölünmüşdür.

Fanerozoy dövrü bir sıra heyvan tiplərinin qalıcı dəlillərinin qəfil görünməsi; bu tiplərin müxtəlif formalarda təkamülü; mürəkkəb bitkilərin yaranması və inkişafı; balığın təkamülü; həşərat və tetrapodların ortaya çıxması; və müasir faunanın inkişafı ilə xarakterizə edilir. Quruda bitki həyatı erkən Fanerozoy eonunda ortaya çıxdı. Bu müddət ərzində tektonik qüvvələr qitələrin hərəkət etməsinə və nəticədə Pangeya (ən son superqitə) adı ilə tanınan tək bir quruparçasını yaratmasına səbəb oldu.

Etimologiyası Eonun adı qədim yunan dilində () və () sözlərindən qaynaqlanır və görünən həyat deməkdir. Çünki bir zamanlar həyatın bu eonun ilk dövrü olan Kembridə başladığı düşünülürdü. Fanerozoy termini ilk dəfə 1930-cu ildə Amerikalı geoloq Corc Halkot(1876-1953) tərəfindən işlənmişdir.

Xronoloji bölgü Fanerozoy üç eraya bölünür: Paleozoy, Mezozoy və Kaynozoy. Eralar daha sonra dövrlərə bölünərək 12 dövr əmələ gətirir. Paleozoy balıqların, amfibiyaların və sürünənlərin çoxalması ilə xarakterizə edilir. Mezozoy sürünənlər və inkişaf etmiş məməlilər, daha məşhur olaraq quşlar da daxil olmaqla dinozavrlar tərəfindən idarə edilir. Kaynozoy məməlilərin, daha yaxın zamanlardan etibarən isə insanların erasıdır.

Paleozoy erası

Paleozoy Yer kürəsi tarixində ilk mürəkkəb həyat formalarının inkişaf etdiyi, bu orqanizmlərin quruda ilk oksigenli nəfəs aldıqları və yer üzündəki bütün həyat növlərinin müxtəlifləşməyə başladığı bir dövrdür. Paleozoy erasında altı dövr var: Kembri, Ordovik, Silur, Devon, Karbon və Perm dövrü.

Kembri dövrü

Kembri Paleozoy erasının ilk dövrüdür və 541 milyon il əvvəldən 485 milyon il əvvələ qədər dəvam etmişdir. Kembri partlayışı kimi tanınan və Yer tarixində ən çox sayda canlıların tək bir dövrdə təkamül etdiyi bu dövr təkamülün sürətlə inkişafına səbəb oldu. Yosun tipli bitkilər inkişaf etdi və faunada trilobitlər kimi zirehli artropodlar üstünlük təşkil etdi. Bu müddət ərzində superqitə Pannotiya parçalanmağa başladı və bu hissələrin əksəriyyəti daha sonra yenidən birləşərək superqitə Qondvananı əmələ gətirdi. link=https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:Trilobite_Heinrich_Harder.jpg|thumb|Trilobitlər

Ordovik dövrü

Ordovik dövrü 485 milyon il əvvəldən 444 milyon il əvvələ qədər uzanır. Ordovik, bu günə qədər üstünlük təşkil edən bir çox növün, məsələn, ibtidai balıq, başıayaqlılar və mərcankimilərin inkişaf etdiyi bir dövr idi. Bu dövrdə həyatın ən yayqın formaları trilobitlər, ilbizlər və molyuskalar idi. Daha da əhəmiyyətlisi, ilk buğumayaqlıların boş bir qitə olan Qondvanaya, sahilə çıxması ilə heyvan aləmi quruda inkişaf etdi. Ordovikin sonunda Qondvana ekvatordan cənub qütbünə hərəkət etdi. Qondvananın buzlaşması dəniz səviyyəsinin böyük səviyədə aşağı düşməsi ilə nəticələndi və sahillərində qurulmuş bütün həyatı məhv edildi. Bu, Yer tarixində ilk və ikinci ən ölümcül kütləvi qırğın hesab olunur.

Silur dövrü

Silur dövrü Yerin yenidən qızdığı bir vaxtda, 444 milyon il əvvəl başladı və 419 milyon il əvvələ qədər davam etdi. Bu dövr balığın kütləvi təkamülü ilə səciyyəvidir, çünki çənəsizlər

çoxaldı, çənəli balıqlar inkişaf etdi və ilk şirin su balığı təkamül etdi, baxmayaraq ki, buğumayaqlılar hələ də başlıca yırtıcılar olaraq qalırdı. Tamamilə yerüstü həyat inkişaf etdi, bunlara erkən hörümçəkkimilər, göbələklər və sentipedlər daxil idi. Ali bitkilərinin təkamülü bitkilərin quruda dayaq əldə etməsinə imkan verdi. Bu erkən yerüstü bitkilər torpaqdakı bütün bitki həyatının öncülləridir. Bu müddət ərzində dörd qitə mövcud idi: Qondvana (Afrika, Cənubi Amerika, Avstraliya, Antarktida, Hindistan), Lavrasiya (Avropanın hissələri ilə Şimali Amerika), Baltika (Avropanın qalan hissəsi) və Sibir (Şimali Asiya). Dövrün sonunda dəniz səviyyəsindəki yüksəliş bir çox yeni növ üçün yeni yaşayış sahələrini təmin etdi.

Devon dövrü

link=https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:Ostracoderm_digital_recreation..jpg|alt=|thumb|220x220px|Sefalaspis, çənəsizlərin nümayəndəsi Devon 419 milyon il əvvəldən 359 milyon il əvvələ qədər davam edir. Qeyri-rəsmi olaraq "Balıqlar əsri" olaraq bilinən Devon, Dunkleosteus kimi zirehli balıqlar və sonda ilk dördayalılara çevrilən xoanlar da daxil olmaqla, balığın nəhəng bir təkamülünü yaşamışdır. Quruda bitki qrupları çoxaldı, ilk ağaclar və toxumlar inkişaf etdi. Devon dövrünün ortalarına yaxın İbtidai bitkilərin plaun, qatırquyruğu və qıjılardan ibarət kola-bənzər meşələri mövcud idi. Bu hadisə yeni yaşayış yerlərindən faydalandıqları üçün buğumayaqlıların həyatının müxtəlifləşməsinə də imkan verdi. İlk amfibiyalar da inkişaf etdi və balıqlar artıq qida zəncirinin başında idi. Devonun sonuna yaxın, bütün növlərin 70%-i yer tarixindəki ikinci kütləvi yox olma hadisəsi ilə birdən-birə məhv oldu. link=https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:Eogyrinus_BW.jpg|thumb|218x218px|Eoqirinus, karbon dövrünə aid amfibiya

Karbon dövrü

Karbon və ya daş kömür dövrü 359 milyon il əvvəl başlamış, 299 milyon il əvvələ qədər dəvam etmişdir. Bu dövrdə orta qlobal temperatur həddindən artıq yüksək idi: erkən Karbonda

orta temperatur 20°C-yə çatırdı (lakin bu rəqəm dövrün ortalarında 10°C-yə qədər enmişdir).Tropik bataqlıqlar Yer üzərində hökm sürürdü və ağaclar böyük miqdarda kömürə çevrilərək kömür yataqları əmələ gətirdi. Dövr bu xüsusiyyətinə görə Karbon dövrü adlanır. Bu bataqlıqların səbəb olduğu yüksək oksigen səviyyəsi, bu səviyyənin tənəffüs sistemləri tərəfindən normal qəbul edildiyi buğumayaqlıların çoxalmasına imkan verdi. Bu dövrdə bataqlıqlarda ilk sürünənlər və sinapsidlər inkişaf etdi.

Perm dövrü

Perm dövrü 299 milyondan 252 milyon il əvvələ qədər uzandı və Paleozoy dövrünün son dövrü idi. Başlanğıcda bütün qitələr bir araya gələrək Pantalas adlı bir okeanla əhatə olunmuş super qitə Pangeya meydana gətirməyə başladılar.Sərt fiqlimlə birlikdə bu müddətdə Yer çox quru idi, çünki Pangeyanın daxilində su hövzələri hələ yaranmamışdı. Sürünənlər və sinapsidlər yeni quru iqlimdə olduqca inkişaf etdi. Dimetrodon və Edafosaurus kimi canlılar yeni qitəni idarə edirdi.İ lk iynəyarpaqlılar inkişaf etdi və tezliklə yerüstü mənzərədə üstünlük etdi. Dövrün sonuna yaxın Skutozavr və qorqonopsidlər quruda üstünlük etməyə başladı.Nəhayət, dünya tarixində üçüncü kütləvi yox olma hadisəsi və ən böyüyü olan "Böyük Ölüm" kimi tanınan bir hadisə ilə yer üzündəki bütün həyatın 95%-i yox oldu.

Mezozoy Mezozoy dövrü 252 milyon il əvvəl başlamış 66 milyon il əvvəl bitmişdir. " Dinozavrların əsri " olaraq da bilinən Mezozoy, sürünənlərin 150 milyon illik Yer kürəsini dənizlərdə və havada fəth etməsi ilə xarakterizə edilir. Mezozoyda üç dövr var: Trias, Yura və Təbaşir dövrü.

Trias dövrü

Trias dövrü 252 milyon il əvvəldən 201 milyon il əvvələ qədər dəvam etdi. Üç böyük dövrə malikdir: Erkən Trias, Orta Trias və Son Trias. thumb|254x254px|Pterosauria – Dövrün nəhənginin təsviriErkən Trias 252 milyondan 247 milyon il əvvələ qədər davam etdi və Pangea hələ dağılmadığı üçün səthdə səhralar üstünlük təşkil edirdi. Yer kürəsi bütün həyatın 95%-inin tükənməsi ilə nəticələnən böyük bir kütləvi qırğının şahidi olmuşdu.Yer üzündə ən çox görülən canlılar, Böyük Ölümdən sağ çıxmağı bacaran bir çox canlı ilə birlikdə Listrosazavr, labirintodonts və Euparkeriya idi.

Orta Trias dövrü 247-237 milyon il əvvəlləri əhatə edir. Orta Triasda Pangeyanın parçalandı və Tetis okeanın yarandı. Ekosistem Böyük Ölümün dağıntısından qurtulmuşdu. Fitoplankton, mərcan və xərçəngkimilər yenidən inkişaf etdi və sürünənlər çoxalmağa başladılar. Dənizlərdə suda yaşayan sürünənlər, məsələn, ixtiozavrlar və nothozavrlar geniş yayılmağa başaladılar. Bu vaxt, quruda şam meşələri və eyni zamanda ağcaqanad və meyvə milçəkləri yayıldı. İlk qədim timsahlar inkişaf etdi, bu da uzun müddət şirin su dünyasını idarə edən iri amfibiyalarla rəqabətə səbəb oldu.

Son Trias dövrü 237 milyondan 201 milyon il əvvələ qədər davam edir. Gec Triasda tez-tez artan temperatur, həmçinin mülayim yağıntılar (ildə 10-20 düym) müşahidə olunurdu. Son istiləşmə ilk həqiqi dinozavrların, eləcə də pterosaurianın təkamülü ilə quruda sürünən təkamülün təkanına səbəb oldu. Dövrün sonunda ilk nəhəng dinozavrlar inkişaf etdi və qabaqcıl pterosaurialar Pangeyada yayıldı. İqlim dəyişikliyi, Trias-Yura dövründəki nəsli kəsilmə hadisəsi olaraq bilinən böyük bir ölümlə nəticələndi, bu hadisədə bütün arxosaurlar (qədim timsahlar və dinozavrlar istisna olmaqla), əksər sinapsidlər və demək olar ki, bütün böyük amfibiyalar, orqanizmlərin təxminən 34%-i məhv oldu.

Yura dövrü

Yura dövrü 201 milyon il əvvəldən 145 milyon il əvvələ qədər dəvam etmişdir və üç əsas dövrü əhatə edir: erkən yura, orta yura və son yura.

Erkən Yura dövrü 201-174 milyon il əvvəlləri əhatə edir. Bu dövrdə iqlim Triasdan daha nəmli idi və nəticədə dünyada tropik iqlim hakim idi. Dənizlərdə və okeanlarda plesiozavr, ixtiozavr və ammonoidealar üstünlük təşkil edirdi. Quruda, dinozavrlar və digər sürünənlər üstünlük təşkil edir və başda Dilofozavr kimi növlər vardı. İlk həqiqi timsahlar böyük amfibiyaları yox olmağa sürükləyərək təkamül etdi. Sürünənlər dünyanı idarə etmək üçün yüksəldilər. Bu vaxt, ilk əsl məməlilər inkişaf etdi, lakin bu dövrdə heç vaxt bir dırnaq hündürlüyünü aşa bilmədilər.

Orta Yura dövrü 174-cü milyon il əvvəldən 163 milyon il əvvələ qədər dəvam edib. Bu dövrdə dinozavrlar, Braxiozavr və Seysmozavr kimi nəhənglər quruda üstünlük edirdi. Yurada quruda Allosaurus kimi bir çox digər yırtıcılar da artmışdır. Dünyadakı meşələrin böyük bir hissəsini iynəyarpaqlı meşələr təşkil etdi. Okeanlarda plesiosaurslar çox yayılmışdı və ixtiozavrlar inkişaf edirdi. Bu dövr sürünənlərin zirvəsi idi.

Gec Yura dövrü 163-145 milyon il əvvəllərə aid edilir. Bu dövrdə Pangeyanın Lavrasiya və Qondvanaya ayrılması səbəbiylə baş verən hadisə ilə zavropodlar və ixtiozavarlar kütləvi şəkildə yox oldu. Dəniz səviyyəsi yüksəldi, qıjıkimilərin yaratdığı çöllüyü məhv etdi və dayazlıqlar yaratdı. Dəniz səviyyəsi zamanla daha da artmağa davam edərək Atlantik dəniz yolunu açdı. Bölünmüş dünya yeni dinozavrların çeşidlənməsi üçün fürsət verdi.

Təbaşir dövrü

Təbaşir dövrü Fanerozoyun ən uzun və Mezozoyun sonuncu dövrüdür. 145 milyon il əvvəldən 66 milyon il əvvələ qədər uzanır və iki dövrə bölünür: Erkən Təbaşir və Son Təbaşir

dövrü.

Erkən Təbaşir dövrü 145 milyon il əvvəldən 100 milyon il əvvələ qədər davam edir. Erkən Təbaşir dövrü dəniz yollarının genişlənməsi və nəticədə zavropodların (Cənubi Amerikadan başqa) azalması və məhv olması ilə səciyyələnir. Bir çox sahil dayazlıqları formalaşdı və bu da ixtiozavrların ölməsinə səbəb oldu. Mozazavrlar dənizlərin ən yüksək növləri kimi onları əvəz etmək üçün inkişaf etdi. Karkarodontozavr və Spinozavr kimi dinozavrlar təzahür edərək yaranmış boşluğu doldurdu. Onlaradan ən müvəffəqiyyətlisi hər qitəyə yayılan İquanodont idi. Mövsümlər yenidən qüvvəyə mindi və quru mövsümi olaraq soyudu. Timsahlar üçün iqlim çox soyuq olduğundan, Kulazux kimi böyük amfibiyalar üçün bu dövr sonuncu hakimiyyət dövrü idi. İlk həqiqi quşlar bəlkə də bu dövrdə, pterozavrlarla aralarında rəqabət yaradan təkamül keçirdilər.