Abxazlar — Şimali Qafqazda xalq. Dilləri abxaz dilidir.

Abxazlar (özlərini apsua adlandırırlar) – abxaz-adıge xalqlarından biri, Abxaziyanın əsas əhalisi. Abxaziyada sayları 91,2 min nəfərdir (1995). Rusiyada və Türkiyədə, həmçinin ərəb ölkələrində də yaşayırlar. Ümumi sayları 140 mindən çoxdur (2000). Abxaz dilində danışırlar. Abxazların əcdadları Qafqazın Qara dəniz sahillərinin qədim sakinlərindən olmuşlar. Bəzi mülahizələrə görə, Abxazların etnogenezində e.ə. 3–2-ci minilliklərdə Kiçik Asiyadan bu əraziyə gəlmiş əhali qrupları iştirak etmişlər. Əkinçilik, bağçılıq və maldarlıqla məşğuldurlar. Dindarları müsəlman və xristiandırlar.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Rusiyada yaşayan etnik qruplar Kateqoriya:Asiyada yaşayan etnik qruplar Kateqoriya:Avropada yaşayan etnik qruplar Kateqoriya:Cənubi Qafqazdakı yerli xalqlar