1 №-li Qayıdış qəsəbəsi — Azərbaycan Respublikasının Füzuli rayonunun Bala Bəhmənli kənd inzibati ərazi dairəsində qəsəbə.
Bu Qəsəbə "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Füzuli rayonunun Bala Bəhmənli bələdiyyəsinin ərazisinə aid edilib.
Tarixi "Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" 01.09.2004-cü il tarixli 727-IIQ nömrəli Qanunun "Füzuli rayonu üzrə" hissəsinin birinci abzasına əsasən "Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 1 №-li Qayıdış... qəsəbələri rayonun ərazi vahidləri siyahısına daxil" edilmişdir.
Həmin hissənin ikinci abzası ilə "1 №-li Qayıdış qəsəbəsi olmaqla, 1 №-li Qayıdış, 2 №-li Qayıdış, 3 №-li Qayıdış, 4 №-li Qayıdış və 5 №-li Qayıdış qəsəbələrindən ibarət Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi" yaradılmışdır.
"Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" 19.06.2009-cu il tarixli 837-IIIQ nömrəli Qanunun I hissəsinin sonuncu abzasına əsasən Füzuli rayonunun Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi 1 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi adlandırılmışdır.
Əhalisi Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb.
Poçt Dövlətyarlı Poçt Şöbəsi 1 saylı Qayıdış qəsəbəsində yerləşir. Poçt indeksi: AZ1919.
Təhsil 1 saylı Qayıdış qəsəbəsində 135 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir.
Qəsəbədə "Qayıdış qəsəbə 1 № li tam orta məktəb" fəaliyyət göstərir.
İstinadlar
Həmçinin bax 1 №-li Qayısış bələdiyyəsi 3 №-li Qayıdış bələdiyyəsi Bala Bəhmənli bələdiyyəsi Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. Azərbaycan. — 2009. — 31 iyul. — S. 1. Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu
Kateqoriya:Füzuli rayonunun qəsəbələri Kateqoriya:2004-cü ildə yaranan yaşayış məntəqələri