Baytszo (; mənası – Ağ sol) — əsasən ağdərililərin müdafiə etdiyi Qərbin liberal hərəkatlarına xitab edən, Çin dilində olan təhqiredici neologizm və siyasi epitet. Baytszo sözü "Şenmu" (; mənası – "müqəddəs ana" və ya "Müqəddəs Məryəm") sözü ilə əlaqəlidir, hansı ki, siyasi nöqteyi-nəzərləri emosiyalar, eləcə də fədakarlıq və şəfqətin riyakarcasına nümayişi vasitəsilə idarə edilənlər üçün nəzərdə tutulmuş sarkastik bir deyimdir.

Baytszo sözü 2010-cu ildə "Qərbin ağ solunun və Çinin vətənpərvər alimlərinin saxta mənəviyyatı" () adlı bir məqalənin "Renren Network" şəbəkəsində yayımlanması ilə yaranmışdır. 2013-cü ildən sonra bu sözdən çox da istifadə edilməmişdir. Ümumiyyətlə, bu sözdən 2015-ci ilə kimi istifadə edilmişdir.

Sözün Çin internet mədəniyyətində istifadəsinə 2016-cı ildə start verilmişdir. Baytszo sözü ABŞ-nin Çin əsilli əhalisi tərəfindən istifadə olunan "MIT BBS" bülleten lövhə sistemində, 2016-cı il ABŞ Prezident seçkiləri ərəfəsində işlənmişdir. Bu söz burada Demokrat Partiyasının etnik azlıqlarla bağlı apardığı siyasət tənqid edilmişdir, çünki onların fikrinə görə, liberallar asiyalılara pis münasibət göstərirdilər.

Termin 2016-cı il ABŞ Prezident seçkilərindən sonra Qərb mediasının ikili standartlarına istinad etmək üçün istifadə edilmişdir. Termin internetdə ingilisdilli istifadəçiləri təhqir etmək üçün də istifadə olunur.

İstinadlar

Kateqoriya:İnternet slenqi Kateqoriya:Solçuluq Kateqoriya:Siyasi neologizmlər Kateqoriya:Siyasi terminlər Kateqoriya:Proqressivizm Kateqoriya:Çin dilində sözlər və ifadələr Kateqoriya:Peyorativlər Kateqoriya:İdeologiyalarına görə terminologiya Kateqoriya:Avropa miqrant böhranı Kateqoriya:Linqvistik mübahisələr