Feyzavər Turan (; ) — Azərbaycan ədəbi-ictimai fikrinin parlaq nümayəndəsi, görkəmli türkoloq, tanınmış mütəfəkkir və yazıçı-publisist Əli bəy Hüseynzadənin qızı, Türkiyədə nonfiqurativ rəsmin banisi, abstraksionizmin dünyada tanınan nümayəndəsi Səlim Turanın bacısı və sənət qalereyası sahibi.

Həyatı Feyzavər Alpsar Turan 31 dekabr 1919-cu ildə anadan olmuşdur. O, Türkiyə Respublikasında uzun müddət rəsmi vəzifələrdə çalışmış Əli Alpsarla ailə həyatı qurmuşdur.

Təhsili Üsküdardakı Qızlar İnistitutunu bitirdikdən sonra təhsilinə İstanbuldakı Memar Sinan adına Gözəl Sənətlər Universitetində davam etdirib.

Ölümü 25 aprel 2020-ci ildə vəfat etmişdir. Türkiyə Respublikasının İstanbul şəhərindəki Zəncirliquyu qəbiristanlığında dəfn edilib.

Fəaliyyəti Təhsilini bitirdikdən sonra İstanbulda məşhur olan Feyza Sənət Qalereyasını açmışdır.

Feyzavər Alpsar Turan atasının irsinin qorunub saxlanılması üçün 2017-ci ildə Ə.Hüseynzadəyə məxsus 37 təsviri sənət əsərini, 48 fotoşəkli, 53 şəxsi əşyanı, 22 orden, medal və nişanları, eləcə də ipək üzərində çap olunmuş "Həyat" qəzetini Azərbaycan hökumətinə hədiyyə edib. Bu əsərlərin bir qismi Azərbaycana gətirilib və bərpa edilib. Əsərlər hazırda "İstiqlal" muzeyində qorunub saxlanılır.

Mükafatları 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub.

Həmçinin bax Əli bəy Hüseynzadə

İstinadlar

Xarici keçidlər Turanın son beşiyi

Kateqoriya:Türkiyə uzunömürlüləri Kateqoriya:Azərbaycanlı uzunömürlülər Kateqoriya:Türkiyə azərbaycanlıları