Uğurlu xan Ziyadi-Gəncəvi — şair, Qacar elinin Ziyadoğlu oymağının başçısı, Qarabağ bəylərbəyi, Cavad xanın ulu babası.

Həyatı Kəlbəli xan Uğurlu xan oğlu Gəncə şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Bir müddət müqəddəs Qum şəhərində darğa vəzifəsini aparmışdı. Orda Əbdürrəzzaq Fəyyaz-Lahicidən ali elmləri əxz etmişdi. Uğurlu xan Ziyadoğlu-Qacar 1664-cü ildə qardaşı Murtuzaqulu xanın vəfatından sonra Qarabağa bəylərbəyi təyin edildi. Uğurlu xan 1666-cı ildə vəfat edib.

Uğurlu xanın Abbasqulu xan, Kəlbəli xan, Rzaqulu xan adlı oğulları vardı.

Uğurlu xan şair idi. Ziyadi təxəllüsü ilə şeir yazırdı. O, şairləri himayə edir, onların dolanışığını təmin edirdi. Ədəbiyyatşünas Firudin bəy Köçərli yazır: "Divanında yazılmış bir tərcibənddən belə məlum olur ki, Qövsi Uğurlu xan Ziyad oğlunun əsrində onun təhti-himayəsində mürəffəhhal güzəran edirmiş. Bununla belə vətəni-məlufunu unutmayıb, hər dəm onu yad edərmiş".

Ziyadi Gəncəvi Qövsi Təbrizi ilə dost idi. Qövsi ona həsr etdiyi tərcibəndində yazırdı:

Uğurlu xan Ziyad oğlu Müsahib ruzigarında ki, biz onun qulu, ol bəndeyi-Süleymandır.

Mənbə

Həmçinin bax

Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Gəncədə doğulanlar Kateqoriya:Gəncədə vəfat edənlər Kateqoriya:Qarabağ və Gəncə Qacarları