thumb|Makedoniyalı qadınlar 1945-ci ildə Yuqoslaviya və Makedoniya respublikalarının məclislərinə səs verdilər Makedoniya Qadın Antifaşist Cəbhəsi () — Yuqoslaviya Xalq Qurtuluş Müharibəsi zamanı Yuqoslaviya Makedoniyasında meydana gələn feminizm hərəkatı. Şimali Makedoniyadakı bir neçə müasir feminist təşkilatın təşəbbüskarıdır. Cəbhə işğal altında olan Yuqoslaviyada digər qadın antifaşist cəbhələri ilə birlikdə 1942-ci ildə yaradılmışdır.P. Ramet, Sabrina. (1999). Gender Politics in the Western Balkans: Women, Society and Politics in Yugoslavia and the Yugoslav Successor States. Penn State University Press. pp. 75-76. . Google Book Search. Retrieved on July 14, 2009.

Bu hərəkatın ən görkəmli siması Veselinka Malinskaya idi ki, o, xalq qurtuluş müharibəsi və Makedoniyanın Qurtuluşu üçün Anti Faşist Məclisinin iştirakçısı idi və onun atası 1903-cü il İlinden üsyanında iştirak etmişdir.de Haan, F. Daskalova, K. Loutfi, A. (2006). A Biographical Dictionary of Women's Movements and Feminisms in Central, Eastern and Southern Europe: 19th and 20th Centuries. Central European University Press. pp. 296-300. . Google Book Search. Retrieved on July 8, 2008.

Hərəkatın əsas məqsədi qadınlar üçün məktəb təhsilini yaxşılaşdırmaq və qadınların savad səviyyələrini artırmaq idi, çünki o dövrdə savadsızların əksəriyyəti qadınlar idi.Trouton, R. (1952). Peasant Renaissance in Yugoslavia, 1900-1950: A Study of the Development of Yugoslav Peasant Society as Affected by Education. Routledge. p. 283. . Google Book Search. Retrieved on July 8, 2008. İkinci Dünya Müharibəsindən sonra Yunanıstan Vətəndaş Müharibəsi dövründə (1946-1949) digər təşkilatlar kimi bu cəbhə də yunan kral hökuməti tərəfindən “cinayətkar” adlanaraq qadağan edildi."The Aegean part of Macedonia after the Balkan Wars". Council for Research into South-Eastern Europe of the Macedonian Academy of Sciences and Arts. 1996.

Həmçinin bax

Bosniya və Herseqovina Qadın Antifaşist Cəbhəsi

İstinadlar

Kateqoriya:Şimali Makedoniya tarixi Kateqoriya:Antifaşist hərəkatlar və təşkilatları Kateqoriya:Siyasi partiyaların qadın təşkilatları Kateqoriya:1942-ci ildə yaradılmış təşkilatlar Kateqoriya:Yuqoslaviya partizanları