Nahid Rza oğlu Bağırov () — İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı.

Həyatı Nahid Bağırov 4 aprel 1979-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsili 242 və 151 saylı məktəblərdə alıb.

1998–2000-ci illlərdə Bakı şəhəri Sabunçu rayon məhkəməsində katib vəzifəsində çalışıb. 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini bitirib. 2000–2001-ci illərdə N nömrəli hərbi hissədə hərbi xidmətdə olub. 2001–2005-ci illərdə "Sir" hüquq şirkətinin vitse-prezidenti vəzifəsində çalışıb. 2006-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini bitirib.

Ailəlidir, iki övladı var.

İctimai-siyasi fəaliyyəti 2009-cu ildən Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin sədri olub. 2011–2013-cü, 2013–2015-ci və 2015–2017-ci illərdə Birləşmiş Millətlər Təşkilatı nəzdində Ümumdünya Turizm Təşkilatının (UNWTO) Qoşulan üzvlər şurasının Avropa üzrə vitse-prezidenti seçilib.

2018-ci ildə Azərbaycan Sahibkarlar Təşkilatları Konfederasiyasının (ASK) idarə heyətinin üzvü seçilib.

2018-ci ildə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında yaradılan İctimai şuranın sədr müavini təyin edilib.41 yaşlı icra başçısı — Nahid Bağırov kimdir?

Nahid Bağırov 9 fevral 2020-ci ildə keçirilmiş növbədənkənar parlament seçkilərində müstəqil namizəd olaraq 62 saylı Saatlı seçki dairəsindən "Vədlər sözdə qalmayacaq" şüarı ilə deputatlığa namizəd olmuşdur. O, seçkilərdə 3640 səs toplasa da, 62 saylı Saatlı seçki dairəsindən Yeni Azərbaycan Partiyası namizədi Əziz Ələkbərli seçkiləri birinci sırada tamamlayaraq deputat seçilmişdir. Nahid Bağırov isə seçkiləri ikinci sırada tamamlamışdır.

Nahid Bağırov Azərbaycan Prezidentinin 5 mart 2020-ci il tarixli Sərəncamı ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.

Təltifləri 2014-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm sahəsində fərqləndiyinə görə "Fəxri Turizm İşçisi", 2018-ci ildə Mülki Aviasiya Administrasiyası tərəfindən "Fəxri Aviasiya İşçisi" adına layiq görülüb.

2019-cu ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

İstinadlar

Kateqoriya:İsmayıllı Rayon İcra Hakimiyyətinin başçıları