Cənub-Qərbi Qafqaz Cümhuriyyəti (; ) və ya Qars Demokratik Cümhuriyyəti () — Birinci Dünya müharibəsi dövründə Rusiya imperiyasının Qars, Batum və İrəvan quberniyalarının ərazisində mövcud olmuş dövlət.
Tarixi Birinci Dünya müharibəsinin sonunda, 30 oktyabr 1918 tarixində imzalanmış Mudros barışığı nəticəsində Osmanlı ordusu Cənubi Qafqazdan çəkilmişdir. Razılaşmaya görə 4 dekabr 1918 tarixində Osmanlı əsgərləri 1877 Rusiya-Osmanlı sərhədlərinədək geri çəkilcəkdi, lakin Osmanlı tərəfi Qarsdan 2 ay gec çəkilmə qərarı almışdı. Bu qərarın səbəbi yerli xalqın hökumət qurmasına vaxt tanımaq idi. Əks halda bölgə Ermənistan tərəfindən işğal təhlükəsi ilə üzləşə bilərdi. left|thumb|350x350px|Elviye-i Selasə heyəti İstanbulda. Beləliklə 29 oktyabr 1918-ci ildə Axısqa və Axalkələk ətrafında Axısqa Müvəqqəti Hökuməti, 3 noyabr 1918 tarixində Əmir bəy Nərimanbəyov rəhbərliyində Araz Türk Cümhuriyyəti qurulmuşdur.
Fəxrəddin bəy Yusif Kənan bəy və Rza bəy Qaraşarlı rəhbərliyində yaradılan Qars Gizli İslam Komitəsində fəaliyyət göstərmişdir. Oktyabr inqilabının ardından Qarsda türk, rum və ermənilərdən ibarət xalq hökuməti quruldu. Bu hökumət bir həftəlik müddətdə rəhbərliyi rum, türk və ermənilər arasında dəyişirdi. Türkləri Əlixan Qantəmir təmsil edirdi. Bu hökumət Zaqafqaziya Seymində təmsil olunurdu. Seym yerli hökumətin ordusunun milliyət prinsipləri ilə təşkil olunacağını elan etdikdən sonra türklər İslam Hərbi Məclisini qurdular.
Brest-Litovsk sülh müqaviləsinin ardınca, 14 iyul 1918-ci ildə müqaviləyə əsasən Qars, Ardahan, Batum, Oltu, Kağızman və Artvin çevrəsində referendum keçirilmiş, səsvermə hüququ olan 87 048 nəfərdən 85 129-nun "hə" səsiylə Elviye-i Selase adlanan Üç Sancaq Osmanlı torpaqlarına birləşdirilmişdir. Birləşmənin ardınca Dəli Həmid bəy Batuma, Şakir bəy Ardahana vali, Hilmi bəy Qarsa, Asəf Tələt bəy Kağızmana mütəsərrif, Hamamlılı Bəkir bəy isə Sarıqamışa kaymakam təyin olunmuşdur. Təyinatların ardınca Qarsda bələdiyyə seçkiləri keçirilmiş və Fəxrəddin bəy, Mehmet bəy Hacı Abbas oğlu, Qazili Xeyrulla Əfəndi, Hafiz Qurban Əfəndi və rum cəmiyyətindən müəllim Stefan Vəfiyəddin bəy ilə Tevhiddin Mamiloğlu Əfəndi bələdiyyə üzvü seçilmişdir. Yaşca ən böyük Tevhiddin bəy olduğu üçün sədr də o seçilmişdir.
Mondros atəşkəsinin 11-ci maddəsinə əsadən Osmanlı 30 oktyabr 1918-ci il tarixində Üç Sancağı boşaltmaq məcburiyyətində qaldı. Qarsın Aralıq və İğdır bölgələri ermənilər, Ardahan isə ingilislər tərəfindən işğal edildi. Bu dövrdə Qars Bələdiyyə Başçısı olan Fəxrəddin bəy mütəsərrif Hilmi bəylə razılaşaraq 5 noyabr 1918-ci ildə Əli Rza Ataman, Qarslı Sari Xəlil oğlu Muhlis, Orenburqlu Tevhüddin Mamil (Mamlıoğlu) və Emin ağa Acalov kimi şəxslərlə bir araya gələrək özünün başçılığında Qars İslam Şurasını çağırmışdır. Bu şuranım təməlini usə 1917-ci ildə qurulmuş Qars Gizli İslam Komitəsi təşkil etmişdir. Şura elə həmin gün iki vacib qərar almışdır. Birincisi, Vudro Vilsonun 14 maddəsinə ədasən bölgədəki türk-islam ünsürlərinin bir siyasi iradə birliyi altında toplamaq üçün çalışmalar aparmaq, ikincisi isə Qars və ətraf bölgələrdə yaşayan təmsilçilərin Qars Konqresinə dəvət etmək.
14 noyabr 1918-ci ildə Qarsda, indiki Atatürk prospektində yerləşən bələdiyyə binasının altındakı keçmiş Səhiyyə İdarəsinin binasında Birinci Qars Konqresi toplandı. Konqresdə Fəxrəddin bəy Piroğlu başçılığında 8 nəfərlik Müvəqqəti Heyət, Emin ağa Acalovun rəhbərliyində isə Milli İslam Şurası Ümumi Mərkəzi qurulmuşdur. Şuranın rəhbər müavinliyinə Fəxrəddin bəy təyin olundu. Konqresdə həmçinin Batumdan Ordubada qədər bütün türk bölgələrindən nümayəndələrin iştirakıyla daha geniş konqresin keçirilməsi üçün dəvət telqrafları və telefonları edildi.
30 noyabr — 2 dekabr 1918-ci illərdə keçirilən İkinci Qars Konqresinə ilk gün 60 xalq təmsilçisi qatıldı. Növbəti günlərdə bu say 70-ə çatdı. Səsverməylə yekdilliliklə İbrahim bəy Cahangirzadə konqresin sədri seçildi. Burada alınan qərarla mərkəzi Qars olmaqla Milli İslam Şurası Hökuməti quruldu. Hökumətin başçılığına İbrahim bəy, başçı müavinliyinə isə Emin ağa Acalov seçildi. Daha öncə qurulan Axıska Müvəqqəti Hökuməti, Araz Türk Cümhuriyyəti və Batum Milli Şurası bu hökumətə qoşulmuşdur. Konqresdə Türk bayrağının istifadəsinə, idari işlərdə Osmanlı qanunlarının keçərli qəbul olunmasına və ordu qurulmasına qərar verilmişdir. Həmçinin Oltu, Ardahan, Kağızman və Naxçıvanda 5 nəfərlik milli şuraların qurulması da qərarlaşdırıldı.
İkinci Qars Konqresinin ardınca, 3 yanvar 1919-cu il tarixində Ənvər paşanın dayısı Xəlil (Qut) Paşa, Kaymakam Xalid bəy, Hamşioğlu Rasim və Əbülhindili Cəfər bəyin təşkilatçılığı ilə Birinci Ardahan Konqresi toplandı. Konqres Axısqadan Ardahana geri çəkilən Xalid bəyin rəhbərliyində, Doktor Haqqı Cənab, Doktor Abidin, Ağacıqoğlu Doktor Fuad, Filibeli Hilmi, Baytar Kaymakam Arif və Ardahan əşrafından Əbülhindili Köseoğlunun daxil olduğu səkkiz nəfərlik heyət tərəfindən həyata keçrilmişdir. Xəlid bəyin açılış çıxışını etdiyi konqresdə Mondros mütarəkəsinin tanınmadığı, əldəki silahların təslim olunmayacağı, Üç Sancaq və qonşu şuralarla birgə vətənin qurtuluşu üçün mübarizə aparacağı qərara alınmışdır. Həmçinin, komqresdə Milli Şura Hökumətinə daxil bölgələrdən gələcək nümayəndələrlə ikinci konqresin təşkili qəratlaşdırılmışdır. 5 yanvar tarixində konqres sona çatmışdır.
7 yanvar 1919-cu ildə isə İkinci Ardahan Konqresi keçirilmişdir. Bu konqresi keçmiş konqresin 8 nəfərlik heyəti ilə yanaşı Milli Şura Hökumətinin 12 təmsilçi nümayəndəsi — Axalkələkdən Mehmed Əli bəy, Çıldırdan Doktor Əsəd bəy, Qarsdan İbrahim bəy Cahangirzadə və Həsən bəy Cahangirov, Oltudan Yusif Ziya bəy, Əhməd bəy Şakiroğlu, Mehmet Ramiz bəy, Olur bölgəsindən Rüstəm bəy Hamşioğlu, Kağızmandan Əli Rza Ataman, Şörəyeldən Ağbabalı Hacıabbasoğlu və Kərbəlayi Məmməd bəy də qatılmışdır. Konqresə rəhbərlik üçün IX Ordu komandanı Yaqub Şevki Paşaya müraciət olunsa da, o gözlərindəki problem üçün İstanbula getməli olduğunu bildirmişdir. Konqres Hamşioğlu Rasim bəyin evində keçirilmişdir. Konqresdə Cənub-Qərbi Qafqaz Müvəqqəti Milli Hökumətini qurmaq üçün büyük konqres təşkil etmək, erməni-gürcü birləşmələrinə qarşı vuruşma, Batumda yayımlanan "Səda-yi Millət", Trabzondakı "İstiqbal", Ərzurumdakı "Albayraq" qəzetləri vasitəsilə məlumatlandırma və bir neə başqa qərar alınmışdır.
Mütasarrıf Hilmi (Uran) bəy 9 yanvar 1918-ci ildə Qarsı məcburi şəkildə tərk etmiş, Milli Şura tərəfindən Şura rəisi İbrahim bəy Cahangirzadə Qars valisi təyin olunmuşdur. 11 yanvar tarixindən İbrahim bəy xəstələndiyi üçün onun yerinə müvəqqəti olaraq bu vəzifəni Fəxrəddin bəy Piroğlu icra etmişdir.
13 yanvar tarixində General Beach və hərbi vali Temperlay Qarsa gələrək erməni Karqanovun hərbi vali təyin etdiklərini açıqlasa da, Milli Şura valini qəbul etməmiş, ingilislərə ermənilərin Qarsı tərk edərkən qətliam törətdikləri ilə bağlı nota təqdim etmişdir. İngilis general hökumət üzvlərini razı sala bilməmiş və Gümrüyə geri qayıtmışdır.
17 yanvar 1919-cu il tarixində 131 nümayəndənin iştirakı ilə Üçüncü və ya Böyük Qars Konqresi təşkil olundu. Konqres Doktor Əsəd bəyin rəhbərliyində bugünkü Qars Valiliyi İqamətgahında topanmışdır. Konqresə Qars, Ərdəhan, Batum, Naxçıvan, Ordubad, Culfa, Axısqa, Axalkələkdən nümayəndələr gəlmişdir. Konqresdə Cənub-Qərbi Qafqaz Cümhuriyyəti elan olunmuş və rəhbəri İbrahim bəy Cahangirzadə seçilmişdir. 18 yanvar tarixində Batumdan gələn Uçaksa vəkilləri də hökumətə birləşmişdir. Hökumətin tərkibi aşağıdakı kimi olmuşdur: +VəzifəVəzifəli şəxsBaşlamaBitməHökumətMəclis sədriÇıldırlı Doktor Əsəd OktayMəclis Rəyasət Heyətinin sədriOltulu Hüseyn bəy Hafiz oğluNazirlər Şurasının sədriİbrahim bəy CahangirzadəDaxili işlər naziriKağzmanlı Əli Rza bəy AtamanƏdliyyə naziriİrəvanlı Abbasəli bəy Ağabababəyoğlu ƏlibəyovXarici işlər naziriDivirğili Fəxrəddin bəy PiroğluHərbi nazirHəsən bəy Cahangiroğlu (Aydın)Maliyə naziriGümrülü Məmməd bəy Xudatbəy oğlu SultanovMolla BilalMaarif naziriYunan Mixail AndreyanotMüəllim Mehmed bəy Kocaoğluİaşə naziriMehmed bəy Həsənoğluİctimai işlər naziriİrəvanlı mühəndis Mahmud bəyƏkinçilik, Meşə və Ticarət naziriƏkbər Kazım MuğanÜmumi MüdirliklərPoçt və Telegraf Ümumi MüdirliyiYunan ArlofQarslı Muhlis bəy Mehmed Bəyoğlu (Ataman)Dəmiryolları Ümumi MüdirliyiQaraçantalı Əhməd bəy Hacı oğluPolis Ümumi MüdirliyiOrenburqlu Tevhiddin bəy MamlioğluJandarmeriya Ümumi KomandanlığıSarıqamışlı Hacı Şərifoğlu Mehmed (Sungur) bəy Həmçinin, İrəvanlı Bəhmən bəy Kazımbəyzadə prokuror, Mustafa bəy Pəhlivan iaşə nazirinin müavini, İrəvanlı Taki əfəndi Əhmədoğlu ümumi xəzinədar, İğdırlı Mehmed bəy Əlibəyzadə Qars Ümumi Valisi, Talınlı Hüseyn bəy Cahangirov sərhəd komandiri, Əziz bəy Cahangiroğlu və Nazif bəy Atbaşoğlu məhkəmə üzvü, Yeniqazili Əhməd Xeyrullah bəy Qars Bələdiyyə Rəisi, Arslan əfəndi Akifoğlu isə Bələdiyyə Komissarı təyin olunmuşdur.
25 mart 1919 tarixində hökumətin adı Cənub-Qərbi Qafqaz Cümhuriyyəti adını almışdır Həmin vaxtdan Cümhuriyyətin Parlamenti olan "Şura" işə başlamışdır. 27 mart tarixində parlament hökuməti təsdiq etmiş, hökumətin başçısı İbrahim bəy Cahangirzadə seçilmişdir. 10 nazirlik və 4 idarə təşkil olunmuşdur.
Yeni yaranan dövlət ixtisaslı kadrlar və maliyyə baxımından çətinliklərlə üzləşirdi. Azərbaycan Cümhuriyyətinin Batumdakı konsulu məsələ ilə bağlı Bakıya teleqram göndərərək bildirdi ki, Cənub-Qərbi Qafqaz Cümhuriyyəti əhalisi Azərbaycan Xalq Cümhuriyyətinin ona hərtərəfli yardım edəcəyinə böyük ümidlər bəsləyir. Cənub-Qərbi Qafqaz Cümhuriyyəti hökuməti 1919-cu il yanvarın 25-də Azərbaycan Xalq Cümhuriyyətinə müraciət edərək, hərbi və maddi yardım istəmişdi. Buna cavab olaraq, Azərbaycan hökuməti Cənub-Qərbi Qafqaz Cümhuriyyətinə hərbi təlim keçmək üçün zabitlər və xeyli qızıl pul göndərdi.
Fəxrəddin bəy Piroğlu mart ayında Maqsud ağanın oğlu Həsən ağa ilə birgə Ərzuruma yola düşmüşdü. O, Ərzurum XV Kolordudan yardım alma, ana vətənə bağlılığı davam etdirmə, Osmanlı ilə əlaqələr qurma Paris Sülh Konfransında iştirak edəcək nümayəndələrə maddi yardım göndərmə məqsədi ilə hökumət tərəfindən göndərilmişdir. O, həmçinin, hökumətin sərhədlərini açıqlayan hüdudnaməyi, əhali statistikalarını və nümayəndələrin konfrnasda müdafiə edəcəyi tezisləri də hökumətdən tapşırıq olaraq almışdır.
Süqutu