İzmir limanı və Alsancak limanı — Türkiyənin İzmir şəhərində yerləşən dəniz limanı. İzmir körfəzində yerləşir.

Tarixi İzmir Osmanlı İmperiyasının əhəmiyyətli liman şəhəri idi və burada ilk tikintilər 1869-cu ildə inşa olunmağa başlandı. Limanın özü 1955-1959-cu illər arasında tikildi. Liman ilk öncə Türkiyə Dəmir Yollarına məxsus idi. 1960-cı ildə isə DenizBank (dəniz işlərinə cavabdeh olan dövlət bankı) tərəfindən alındı. 1 yanvar 1989-cu ildə Türkiyə Dövlət Dəmir Yollarına geri təhvil verildi. 2007-ci ildə limanı özəlləşdirmə prosesi getsə də, hüquqi səbəblərə görə özəlləşdirmə dayandırıldı. 2017-ci ilin mart ayında Mayami limanı ilə qardaşlaşmış olundular. 2018-ci ildə liman infrastrukturu Türkiyə Sərvət Fonduna () daxil edildi. İzmir körfəzində daha böyük gəmilərin limandan istifadə etməsinə imkan yaratmaq üçün reabilitasiya layihəsi həyata keçirilməsi nəzərdə tutulur.

Texniki cəhətləri Ümumi torpaq sahəsi 902.000 kvadratmetrdir. Orta dərinlik 11 metrdir.

Biznes 2018 rəqəmlərinə görə limanı ziyarət edən dəniz gəmilərinin sayı 2047-yə bərabərdir. Həmin ildə ümumi ticarət həcmi 9 milyon ton idi.

İstinadlar

Kateqoriya:İzmirdəki binalar və tikililər Kateqoriya:Türkiyə Dəmir Yolları Kateqoriya:Türkiyə limanları Kateqoriya:Egey dənizinin limanları Kateqoriya:İzmir körfəzi Kateqoriya:İzmir iqtisadiyyatı Kateqoriya:Konak ilçəsi