İlon Vikland (çox vaxt İlun Vikland kimi də qeyd olunur; ; doğulduğda adı Mayre-İlon Pyaebo idi; ) — Estoniya mənşəli İsveç rəssamı, illüstrasiya və animasiya janrlarında çəkirdi, Astrid Lindqrenin kitablarının daimi rəssamı.
Həyatı 5 fevral 1930-cu ildə Estoniyanın Tartu şəhərində mülki mühəndis Maks Pyaebo və Pallas sənət məktəbinin məzunu rəssam Vida Pyaebo-Yusenin ailəsində anadan olmuşdur. İlon uşaqlığını Haapsaluda keçirtmişdir, məktəbə Tallində getdi, lakin 1939–1944-cü illərdə Estoniya SSRİ-yə daxil olduqdan sonra nənəsi ilə birlikdə yaşamaq üçün Haapsaluya gəlmişdir və burada 1 saylı ibtidai məktəbdə təhsil alırdı, 1944-cü ildə isə Qırmızı Ordunun yaxınlaşmasıyla artan qaçqınlar axınına qoşularaq İsveçə çatdı.
İsveçdə İlon Vikland müharibədən əvvəl Estoniyadan köçmüş və Stokholmda sənətçi kimi işləyən xalası ilə birlikdə yaşayırdı. Ilon onun izi ilə getdi və sənət məktəbinə qəbul oldu. İyirmi yaşında İlon, Raben & Shegren Nəşriyyat Evində Astrid Lindqren ilə tanış olduСчастливая случайность , yazıçı onun işlərini bəyəndə və beləcə aralarında uzun işbirliyi başladı. İlon Viklandın rəsmi olaraq şəkillərlə təsvir etdiyi ilk kitab Lindqrenin 1954-cü ildə yazılmış "Mio, mənim Mio" adlı kitabı oldu.
1951-ci ildə İlon dənizçi ilə evləndi; ailədə dörd qız dünyaya gəldi. Vikland hazırda Stokholmda yaşayır.
Xatirəsi 2007-ci ildə Tammerraamat nəşriyyatı eston yazıçısı Enno Tammerin "İlona Viklandın dünyası" adlı kitabını nəşr etdi. 1 iyul 2009-cu ildə Haapsalu şəhərinin regional muzeyində İlon Viklanda həsr olunmuş "İlona möcüzələr ölkəsində" adlı tematik mərkəzi açıldı.
Mükafatları 2001-ci ildə üçüncü dərəcəli Ağ Ulduz ordeni ilə təltif edilmişdir. 2002-ci ildə İsveç Mədəniyyətində görkəmli xidmətlərinə görə İllis kvorum adlı Qızıl Medala layiq görüldü.
İstinadlar
Xarici keçidlər İlona Viklandın rəsmləri, onlayn mağaza Выставка картин Илон Викланд в Картинной галерее г. Красноармейска Московской обл.
Kateqoriya:Tartuda doğulanlar Kateqoriya:III dərəcəli "Ağ ulduz" ordeni kavalerləri Kateqoriya:İllis kvorum medalı ilə təltif edilənlər