Darab mirzə Şahrux mirzə oğlu Qovanlı-Qacar () — Çar ordusunun polkovniki, Bəhmən mirzə Qovanlı-Qacarin nəvəsi.
Xidmətdə olduğu illərdə "Müqəddəs Stanislav" ordeni, "Müqəddəs Anna" ordeni, "Şiri-Xurşid" ordeni və Birinci Dünya müharibəsində göstərdiyi şücaətə görə Georgi silahı ilə təltif edilib.
Həyatı Darab Mirzə Şahrux Mirzə oğlu 9 may 1869-cu ildə Şuşa şəhərində andan olub. Bəzi mənbələrdə onun doğum tarixi 15 dekabr 1868-ci il, 9 mart 1869-cu il kimi də göstərilir. İbtidai təhsilini evdə aldıqdan sonra Tiflis kadet korpusunda oxuyub. Sonra Pavlov Hərbi məktəbində təhsilini davam etdirərək buranı I dərəcə ilə bitirib. Bundan başqa Atıcı zabit məktəbinin kazak bölməsində təhsil alıb.
Hərbi xidməti 1889-cu il sentyabr 1-dən etibarən sıravi yunker kimi xidmətə başlayıb. 1890-cı il mayın 5-də unter zabit rütbəsi alıb. Məktəbi bitirdikdən sonra 1891-ci il avqustun 5-də xorunji rütbəsi alaraq, Kuban kazak ordusunun I Poltava atlı alayına təyinat alır. 1891-ci il sentyabr 12-də alayda xidmətə başlayır. 1894-cü ilə qədər burada müxtəlif vəzifələrə təyinat alaraq müxtəlif yüzlüklərdə xidmətini davam etdirir.
1895-ci il iyunun 1-də yüzbaşı rütbəsini alır. 1895-ci ilin oktyabr 15-də Kuban kazak ordusunun II Poltava atlı alayına təyinat alır. Xidməti yerinə gələrək burada VI yüzlükdə kiçik zabit kimi xidmətə başlayır. 1987-ci il sentyabrın 13-də alayın I yüzlüyünə kiçik zabit kimi təyinat alır. 1898-ci il avqustun 12-də təhsil almaq üçün Atıcı zabit məktəbinin kazak bölməsinə göndərilib. 1899-cu il avqustun 28-də təhsilini tamamlayır.
1900-cü il sentyabrın 23-də ona verilmiş "Şiri-Xurşid" ordenini qəbul etməyinə və taxmağına icazə verilib. Bundan başqa o, "İmperator III Aleksandrın hakimiyyətinin xatirəsinə" medalı və "Əhalinin ilk ümumi siyahıyalınmasında göstərdiyi əməyə görə" medalı ilə də təltif edilib. 1901-ci il yanvarın 23-də üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilib.
1901-ci il dekabrın 1-də alayın silah rəisi təyin edilir. 1903-cü il mayın 10-da alayın IV yüzlüyünə komandir təyin edilir. 1903-cü il iyunun 1-də podyasavul rütbəsi alır. 1903-cü il iyunun 9-dan sentyabrın 11-ə qədər İranla sərhəddə Culfa dəstəsində xidmət edib. 1904-cü il mayın 29-dan 1905-ci il martın 5-ə qədər Kuban kazak ordusunun II Poltava atlı alayının II yüzlüyünə komandirlik edib. 1905-ci il oktyabr 12-də Kuban kazak ordusunun I Poltava atlı alayına təyinat alıb.
1908-ci il mayın 6-da üçüncü dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif edilib.
1909-cu il mayın 6-da yasavul rütbəsinə yüksəlib. 1909-cu il iyunun 10-da Kuban kazaklarının I Labinski General Zass alayına təyinat alıb. 1910-cu il mayın 15-də isə buradakı xidmətindən azad edilib.
Daha sonra yenidən xidmətə qayıdaraq 1911-ci il martın 4-də yasavul rütbəsində olan Darab Mirzə xətt kazaklarının I Kuban alayının V yüzlüyünə komandir təyin edilir.
Birinci Dünya müharibəsində Birinci Dünya müharibəsində xətt kazaklarının I Kuban alayının V yüzlüyünün komandiri kimi iştirak edib. 1914-cü il avqustun 4-də Qorodok yaşayış məntəqəsi ətrafında gedən döyüşdə qəhrəmanlıq göstərərək onları mühasirəyə almağa çalışan avstriyalıların 3 eskadronuna qarşı 109 nəfərlə hücum edib. Əks tərəfin sayı onlardan qat-qat çox olsa da, artilleriya atəşinin altında avstriyalıların 3 eskadronu məhv edilib və döyüşün gedişatı dəyişdirilib. Bu döyüşdə Darab Mirzə qılınc yarası və kontuziya alıb.
1915-ci il aprelin 2-də qoşun starşinası rütbəsi alıb. 1915-ci il iyulun 7-də Qafqaz cəbhəsində fəaliyyət göstərən Kuban Kazak ordusunun III xətt alayına təyinat alıb. 1916-cı il iyunun 12-də düşmənə qarşı işlərdə fərqləndiyinə görə 435 nömrəli əmrlə III dərəcəli "Müqəddəs Stanislav" ordeninin qılınc və bantları ilə təltif edilib. 1916-cı il noyabrın 19-da düşmənə qarşı işlərdə fərqləndiyinə görə II dərəcəli "Müqəddəs Anna" ordeni (qılınclarla birlikdə) ilə təltif edilib. 1917-ci il fevralın 23-də Kuban Kazak ordusuna xidmətə göndərilib.
1917-ci il oktyabrın 5-də ordu və donanmanın əmri ilə polkovnik rütbəsi alıb.
Sonrakı illəri Darab mirzə Əhməd şah Qacarın dəvəti ilə İrana gedib. 1925-ci ildə Qacar sülaləsinin süqutundan sonra hakimiyyətə gələn Rza şah Pəhləvi Darab Mirzəni öz hakimiyyətinə təhlükə gördüyü üçün həbs etdirib. 1930-cu ildə Tehranda həbsxanada saxlanılan o, çətin saxlanılma şəraitinə görə dünyasını dəyişib. Yaxınlarının dediklərinə görə isə o, həbsxanada öldürülüb.
Mükafatları class=ve-pasteProtect|50x50px — "Əhalinin ilk ümumi siyahıyalınmasında göstərdiyi əməyə görə" medalı ilə təltif edilib. class=ve-pasteProtect|50x50px — 1900-cü il sentyabrın 23-də III dərəcəli "Şiri-Xurşid" ordeni il təltif edilib. class=ve-pasteProtect|50x50px — 1901-ci il yanvarın 23-də üçüncü dərəcəli Müqəddəs Stanislav ordeni (qılınclarla və bantla birlikdə) ilə təltif edilib. class=ve-pasteProtect|50x50px — "İmperator III Aleksandrın hakimiyyətinin xatirəsinə" medalı. class=ve-pasteProtect|50x50px — 1908-ci il mayın 6-da üçüncü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif edilib. class=ve-pasteProtect|50x50px — 1914-cü il oktyabrın 11-də döyüşdə göstərdiyi şücaətə görə ali hərbi mükafat — Georgi silahı ilə təltif edilib. class=ve-pasteProtect|50x50px — 1916-cı il noyabrın 19-da ikinci dərəcəli Müqəddəs Anna ordeni (qılınclarla birlikdə) ilə təltif edilib.
Ailəsi Atası Şahrux mirzə Qovanlı-Qacar Azərbaycanın hakimi və taxt-tacın varisi Bəhmən mirzə Qovanlı-Qacarın oğlu və çar odrusunun polkovniki olub.
İstinadlar
Həmçinin bax Qacarlar Bəhmən mirzə Qovanlı-Qacar
Kateqoriya:Qacar şahzadələri Kateqoriya:Bəhməni ailəsi Kateqoriya:Şuşa hərbçiləri