Anton Konstantinoviç Zabolotnı (13 iyun 1991, Ayzpite, Latviya SSR, SSRİ) — Rusiya futbolçusu, "Soçi" klubunun hücumçusu.

Bioqrafiyası Latviyanın Aizpute şəhərində anadan olmuşdur. Ata Rubezhnoye Luhansk bölgəsində anadan olub, uçuş akademiyasında oxuyub, voleybolla məşğul olub, hərbçi olub. Anası isə sprinetr qaçışı ilə məşğul olurdu. Anton uşaq kimi çox şəhərlərdə yaşamış, ən çox Lipetskdə yaşamışdır. Beş yaşından yeddi yaşınına kimi akrobatika ilə məşğul olmuşdur.

Klub karyerası Lipetskin "Metallurq" klubunda ilk olaraq məğul olmağa başlamışdır. İlk məşqçisi Oleq Krivolutski olmuşdur. 13 yaşında MOİK futbol klubuna keçdi. Məşqçilər Nikolay Kozlov və Andrey Plakhetko idi. Gənclər çempionatında ilk debütü 14 mart 2008-ci ildə Şinnik ilə ev oyununda etdi. 2008–2010-cu il mövsümündə 41 matç keçirdi, 11 qol vurdu. 25 Noyabr və 8 dekabr 2009-cu il Çempionlar liqası 2009/10 Volfsburq və Beşiktaş klubları ilə oyunlarda adı oyunçular siyahısında idi.

2010-cu ilin yanvarında MOİK-da mövsüm öncəki ilk təlim məşq toplanışında "Ksamaksu" komandasına qol vurdu. Yazda zədə səbəbindən Premyer Liqada debüt edə bilmədi və mövsümün sonuna qədər Volqar Həştərxan FK klubunda icarə əsasında oynadı. 16 oyuna, 6 qol vurdu. Sonra Yekaterinburqun Ural FK (2011–21 oyun, 6 qol) və Dynamo Bryansk (2012–13 oyun, 2 qol) klublarına icarəyə verildi. 2012-ci ilin yayında diz əməliyyatı keçirdi.

Yığma karyerası Anton 19 yaşında Rusiyanın yeniyetmələr və gənclər yığmasında çıxış etdi. 16 avqust 2017-ci ildə Rusiya millisinin genişləndirilmiş heyyyətinə düşdü. Sntyabr ayında Rusiyanın Cənubi Koreya və İranla olan oyununa dəvət edildi və ilk debüt Cənubi Koreyyal ilə olan oyunda oldu. 2018-ci ilin 10 sentyabrında Çexiya ilə olan yoldaşlıq oyununda ilk yığma komandada qolunu vurdu.

İstinadlar

Kateqoriya:Rusiya futbolçuları Kateqoriya:Spartak Moskva FK futbolçuları Kateqoriya:Zenit Sankt-Peterburq FK futbolçuları Kateqoriya:ÇSKA Moskva FK futbolçuları Kateqoriya:Rusiya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Rusiya Milli Futbol Liqası futbolçuları Kateqoriya:Rusiya Peşəkar Futbol Liqası futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:UEFA Avro 2020 futbolçuları Kateqoriya:Rusiya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Ximki FK futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Soçi FK futbolçuları