Stefani Viktoriya Allen (; ) və ya təxəllüsü ilə Stefflon Don () — Böyük Britaniya repperi və müğənnisi. O, 2017-ci ildə buraxılan, "French Montana" ilə birlikdə ifa etdiyi "Hurtin' Me" mahnısından sonra populyarlaşmışdır. Mahnı "UK Singles Chart" musiqi çartında yeddinci yeri tutmuşdur. Don 2016-cı ildə debüt miksteypi olan "Real Ting"i, daha sonra 2018-ci ildə isə "Secure" miksteypini buraxmışdır.

Həyatı Stefani Viktoriya Allen 14 dekabr 1991-ci ildə Böyük Britaniyanın Vest-Midlends qraflığında yerləşən Birminhem şəhərində anadan olmuşdur. O, Yamayka əsillidir. Onun altı qardaş-bacısı var. Allen beş yaşında olarkən ailəsi ilə birlikdə Niderlandın Rotterdam şəhərinə köçür. Allen buna görə də Niderland dilində səlis danışa bilir. O, 14 yaşında Böyük Britaniyaya qayıdır və London şəhərindəki bir məktəbdə təhsilini davam etdirir. Allen 9 yaşında olarkən "Unique" adlı bir repper üçün "Hard Knock Life" hukunu bəstələmiş və oxumuşdur. Mahnı heç vaxt buraxılmamışdır.

Allen musiqi karyerasından əvvəl tort bəzəyən və qadın dəlləyi kimi çalışmışdır.

Şəxsi həyatı Don 2018-ci ilin aprel ayında "Evening Standard" qəzetinə verdiyi müsahibədə bildirmişdir ki, onun bir oğlu var.

Don 2019-cu ilin fevral ayında Nigeriya afrobits musiqiçi "Burna Boy" ilə sevgili olduğunu təsdiqləmişdir.

Mükafatlar İl Təşkilat Kateqoriya İş Nəticə 2017 MOBO Awards Ən yaxşı qadın The Line of Best Fit 2017-ci ilin ən yaxşı əlli mahnısı "Hurtin' Me" 2018 NME Awards Ən yaxşı yeni sənətkar rowspan="2" BET Awards Ən yaxşı beynəlxalq akt

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Birləşmiş Krallıq repçiləri Kateqoriya:Polydor Records artistləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:Britaniya müğənniləri