Məmmədbağır Şeyxzamanlı () — Azərbaycan Xalq Cümhuriyyətinin milli hökuməti tərəfindən təsis edilən Əks-inqilab ilə Mübarizə Təşkilatının rəisi.

Həyatı Məmmədbağır Şeyxzamanlı 1880-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1919-cu ilin iyun ayında Azərbaycan Demokratik Respublikasının milli hökuməti tərəfindən təsis edilən "Əksinqilab ilə mübarizə təşkilatı"nın (Azərbaycanın ilk Milli Təhlükəsizlik orqanı) rəisi təyin olunmuşdur. M. Şeyxzamanlı bir müddət bu vəzifədə işlədikdən sonra, Azərbaycan Demokratik Respublikasının ilk parlamentində Müsavat fraksiyasının üzvü kimi siyasi fəaliyyəti ilə əlaqədar, 1919-cu ilin avqust ayında öz ərizəsi ilə tutduğu vəzifədən azad edilmişdir.

M. Şeyxzamanlı millət vəkili kimi bir sıra mühüm dövlət məsələlərinin həllində, o cümlədən qanun layihələri və qərarların müzakirəsində yaxından iştirak etmişdir. Müstəqillik uğrunda ardıcıl mübarizə apardığına və barışmaz siyasi mövqeyinə görə, M. Şeyxzamanlı Azərbaycanın Rusiya tərəfindən işğalından sonra, bolşeviklər tərəfindən həbs edilmiş və 1920-ci ilin may ayında güllələnmişdir.İstiqlal fədailəri – Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər nazirləri və silahdaşları (1918-1920-ci illər). Bakı: Mütərcim, 2013

Qızı Ruqiyyə Şeyxzamanlı Xudadat bəy Rəfibəylinin oğlu Kamil Rəfibəyli(Aran) ilə evlənmişdir.

Məhəmməd Əmin Rəsulzadə 1923-cü ildə yazdığı "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti" kitabında Məmmədbağır Şeyxzamanlını Azərbaycanın istiqlal şəhidi adlandırıb.

İstinadlar

Mənbə Milli Təhlükəsizlik Nazirliyi

Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycanın xüsusi xidmət orqanları rəhbərləri Kateqoriya:Repressiya qurbanları Kateqoriya:Şeyxzamanovlar Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin siyasətçiləri Kateqoriya:Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvləri