Mirzə Cəlil Şürbi (tam adı: Mirzə Cəlil oğlu Mirzəyev; ) — Azərbaycan şairi, maarif və teatr xadimi.
Həyatı Mirzə Cəlil oğlu Mirzəyev 12 fevral 1874-cü ildə Naxçıvan şəhərində anadan olub.
Təhsili 1888–92-ci illərdə İrəvan Müəllimlər Seminariyasında təhsil alıb. Şərur-Dərələyəz qəzasındakı Aralıq ibtidai məktəbində pedaqoji fəaliyyətə başlayıb. 1894-cü ildə Cəlil Məmmədquluzadənin müdiri olduğu Nehrəm məktəbində işləyib. Daha sonra isə Naxçıvan şəhər ibtidai məktəbində davam etdirmişdir. Ordubad qəzasının Vənənd kənd ibtidai məktəbinin 1903–1908 və Naxçıvan şəhər rus-tatar məktəbinin 1909–1913-cü illərdə müdirləri olmuşdur. "Kollec registratoru" rütbəsi almışdır.
Fəaliyyəti
Teatr fəaliyyəti Cəlil Məmmədquluzadənin təşviqi ilə teatr hərəkatına qoşulmuş, Naxçıvan teatrında qadın rollarını oynamış, ədəbi-maarif tədbirlərinin təşkilində fəal iştirak etmişdir.
İctimai fəaliyyəti Açıqfikirliliyinə, milli mənafeyi və maarifçiliyi üstün tutmasına, xurafata və fanatizmə qarşı çıxdığı üçün, "siyasi bədgümanlıq" doğurmasına görə Naxçıvan mühitindən uzaqlaşdırmaq məqsədilə Şahbuz ibtidai məktəbinə gəndərilmiş, lakin şərab içməsi bəhanə gətirilərək, şübhəli şəxs kimi 3 aydan sonras vəzifəsindən geri çağırılmışdır. Aşqabad, yaxud Bakı məktəblərində münasib iş tapmaq təşəbbüslərinə də maneəçilik törədilmişdir.
Bədii yaradıcılığı "Şürbi" təxəllüsü ilə şeir yazmışdır. Klassik üslubda qələmə aldığı qəzəllərində həyat eşqi qabarıq şəkildə ifadə olunmuşdur. Maarifçi şeirlərində "Elm və cəhalət", "Səhranişin və ayı" və s.) fanatizmi, gerilik və cəhaləti tənqid etmiş, yeniliyə, elmə və maarifə çağırmışdır. "Molla Nəsrəddin"in Naxçıvan üzrə təmsilçisi kimi jurnalın abunə və satış məsələləri ilə məşğul olmuş, jurnala xəbər və məqalələr göndərmişdir. Yazıları "Şərqi-rus" qəzetində də dərc olunmuşdur. Cəlil Məmmədquluzadə "Ölülər" komediyasında Şübridən İskəndər obrazının prototiplərindən biri kimi faydalanmışdır.
Ədəbiyyat Nəsirli M., Mirzə Cəlil Şürbi, "Cəlil Məmmədquluzadənin naxçıvanlı müasirləri" kitabında, Bakı, 1967. İsa Həbibbəyli., Cəlil Məmmədquluzadə:Mühiti və müasirləri, Bakı, 1997.
İstinadlar
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Azərbaycanlı pedaqoqlar Kateqoriya:Azərbaycan teatr xadimləri