Vasif Əsgərov (; ) — həkim, tibb elmləri doktoru, professor.
Həyatı Əsgərov Vasif Fətulla oğlu 15 aprel 1929-cu ildə Naxçıvan şəhərində anadan olub.
Təhsili 1952-ci ildə N. İ. Piroqov adına 2-ci Moskava Tibb İnstitutunu bitirib. 1956-cı ildə həmin institutun aspiranturasını bitirib.
Fəaliyyəti
Elmi fəaliyyəti 1959-cu ildə Azərbaycan Tibb Universitetində çalışır; 1969-cu ildən Azərbaycan Tibb Universiteti uşaq-yolxucu xəstəlikləri kafedrasının müdiri olub. Tədqiqatları, əsasən diri virus vaksinlərinin (qızılca, poliomielit və təbii çiçək əleyhinə), qızılca infeksiyasının uşaq orqanizminin qeyri-spesifik və postvaksional immunoloji reaktivliyinə təsirinə və s. məsələlərə həsr edilmişdir. 250-dən çox elmi əsərin, tədris-metodiki vəsaitin müəllifidir. Virusoloqların 2-ci Ümumdünya (Budapeşt, 1971), pediatr-infeksionistlərin Ümumdünya (Filippin,1999) konqreslərində və s.qurultay və konfanslarda məruzə etmişdir.
Təltif və mükafatları
Sovet İttifaqı dövründə 1970 — səhiyyə əlaçısı
Müstəqillik dövründə 2000 — "Tərəqqi" medalı
2009 — Azərbaycan Respublikasının əməkdar həkimiAzərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında
Kitabları "Yolxucu xəstəliklər"(Bakı.,1993)
Mənbə
İstinadlar