thumb|Moldavia Voyvodalığının bayrağı thumb|300px|Xəritədə Moldavia sarı rəng ilə, bugünkü Rumıniyanın geri qalan regionları isə mavi rəngdə göstərilmişdir. Moldavianın qara xəttin qərbindəki hissələri müasir Rumıniyaya məxsusdur. Şərqində qalan qismi isə müasir Moldovanı meydana gətirir.

thumb|Moldavia Voyvodalığının gerbi Moldavia — Osmanlıların müasir Moldovaya və Rumıniyanın Moldovayla həmsərhəd regionlarına verdiyi bir ad idi. Bu bölgə xalqları uzun müddət Moldova adından istifadə etsələr də, Osmanlı imperiyası 1359-1365-ci illər arasında Boğdan Knyazlığını idarə edən Vojvoda I Boğdana görə Boğdan adından istifadə etmişdirlər.

Moldavianın 1859-cu ildə Prut çayının qərbindəki hissəsi Valaxiya ilə birləşdi və Rumıniyanı meydana gətirdi. Zaman keçdikcə Osmanlılar tərəfindən Erdel adlanan Transilvaniya regionu da buraya qoşuldu. Moldavianın Prut çayının şərqindəki hissəsi 1812-ci ildə Rusiya tərəfindən işğal edildi və Bessarabiya adını aldı. Beləliklə, bugünkü Rumıniyanın sərhədləri müəyyən edildi. 1918-ci ildə Bessarabiya Rumıniya ilə birləşdi, lakin 1944-cü ildə Sovet İttifaqı bu bölgəni yenidən işğal etdi və onu SSRİ-nin Moldova Respublikasına çevirdi. 1991-ci ildə bu bölgə Moldova Respublikası olaraq müstəqillik qazandı. Bu gün Rumıniya və Moldova yaşayanlar əslində eyni etnik qrupdan olan insanlardır və eyni dildə danışırlar.

Nəticədə Osmanlıların Boğdan adlandırdığı bölgə, bütün Moldovanı və şimali-şərqi Rumıniyanı əhatə edən bir region olmuşdur.

Kateqoriya:Moldova tarixi Kateqoriya:Rumıniya tarixi Kateqoriya:Avropa tarixi Kateqoriya:Bölünmüş regionlar Kateqoriya:Tarixi vilayətlər Kateqoriya:Avropanın tarixi dövlətləri Kateqoriya:SSRİ tarixi Kateqoriya:Moldova coğrafiyası Kateqoriya:Moldavia