Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri və ya BTDQ (ing: International Security Assistance Force ya da ISAF) —Əfqanıstanda Əfqanıstan müharibəsindən sonra NATO-nun rəhbərliyi altında qurulmuşdur; məqsədi təhlükəsizlik və humanitar yardım göstərmək məqsədi daşıyan təşkilatdır.

Ümumi baxış 2008-ci ilin oktyabrında Əfqanıstanda 50,700 ISAF qüvvəsi yerləşdirilmişdi. Bunlardan 26-sı NATO üzvü, 10-u NATO tərəfdaşı və 5-i NATO üzvü və tərəfdaş olmayan ölkələrdir.Görevliler NATO Afghanistan'da , NATO websitesi, 5 Temmuz 2007

ISAF əvvəlcə Kabildə təhlükəsizliyi təmin etdi, sonra Taliban və Əl-Qaidə bölgələrinə və fraksiyaçı liderlərə qarşı əməliyyatlar həyata keçirmişdir. Bu əməliyyatların məqsədi Həmid Kərzainin başçılığı ilə Əfqanıstan administrasiyasının yaradılması idi.2003-cü ilin oktyabrında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ISAF qüvvələrinin Əfqanıstanda genişlənməsinə icazə verdi. 2006-cı ildən bəri, ISAF Əfqanıstanın cənubunda bir çox əməliyyat keçirmişdi. Bu tendensiya 2007 və 2008-ci illərdə də davam etmişdir.

ISAF 2014-cü ilin dekabrında əməliyyatlarını dayandırdı və ləğv edildi.

İstinadlar

Xarici keçidlər Anar Pənahov. QÜVVƏLƏR BALANSININ BEYNƏLXALQ TƏHLÜKƏSİZLİYƏ TƏSİRİ. Metafizika Jurnalı (ISSN: 2616-6879), Volume. 9, Issue 2, Serial № 38, 2026. ss.264-273

Kateqoriya:2010-cu illərdə Əfqanıstan Kateqoriya:Əfqanıstanın xarici siyasəti Kateqoriya:Sülhməramlı əməliyyatlar