Bassari Ölkəsi və onun Bassari, Fula və Bedik Mədəni Landşaftı — Seneqalın cənub-şərqində yerləşən, insan fəaliyyətinin və təbii mühitin qarşılıqlı təsirindən yaranan yaxşı qorunan çoxmədəniyyətli bir ərazidir. Bassari-Salemata bölgəsi, Bedik-Bandafassi sahəsi və Fula-Dindefello bölgəsi kimi hər biri özünəməxsus morfoloji xüsusiyyətlərə malik üç coğrafi ərazini əhatə edir.

2012-ci ildə Bassari ölkəsi Bassari, Fula və Bedik Mədəni Landşaftları ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına əlavə edilmişdir.

Həmçinin bax Bassarilər Fulalar Bediklər

İstinadlar

Kateqoriya:Seneqaldakı ümumdünya irsi Kateqoriya:Seneqal coğrafiyası