Yelizaveta Mukasey ( ) — Sovet kəşfiyyat agenti, qeyri leqal. Dövlət Təhlükəsizlik Məmuru, podpolkovnik. Sovet Qeyri-leqal kəşfiyyat məmuru Mixail İsaakoviç Mukaseynin həyat yoldaşı. Bioqrafiyası Yelizaveta İvanovna Mukasey 29 mart 1912-ci ildə Ufa şəhərində anadan olub. Yelizavetanın qızlıq soyadı Yemelyanova olmuşdur.

1917-ci ilin sonunda ata-anası aclıqdan qaçmaq üçün ailəsi ilə birlikdə Daşkəndə köçür. 1929-cu ildə orta məktəbi bitirdikdən sonra Leninqrad Universitetinin Biologiya fakültəsinə daxil olur. Məzun olduqdan sonra Yelizaveta İvanovna Mukasey əvvəlcə fabrikdə, sonra da işləyən gənclər məktəbinin direktoru vəzifəsində çalışmışdır (1938-1939).

1939-1943-cü illərdə Yelizaveta Mukasey əri, qeyri leqal kəşfiyyat məmuru Mixail İsaakoviç Mukasey ilə birlikdə ABŞ-a Los-Anceles şəhərində işgüzar səfərdə olur.

1943-1949-cu illərdə Moskva İncəsənət Teatrının Bədii Şurasının katibi işləmişdir.

1955-1977-ci illərdə "Elsa" təxəllüsü ilə xüsusi təlim keçdikdən sonra əri ilə mərkəzlə ikitərəfli əlaqə təmin edərək xaricdə işləmişdir. Xaricdə işlədiyi müddətdə əri ilə birlikdə Mərkəz tərəfindən yüksək qiymətləndirilən kəşfiyyat məlumatları əldə etmək üçün Avropa ölkələrinə göndərilir.

1977-ci ildə SSRİ-yə qayıtdıqdan sonra Yelizaveta Mukasey gənc kəşfiyyat kadrları yetişdirməyə başlayır. Kəşfiyyat məktəbləri üçün bir çox dərslik və dərs vəsaitlərinin müəllifidir.

O, əri ilə birlikdə 30 il xaricdə iş və həyatla bağlı "Zefir və Elza" xatirə kitabının müəllifidir.

Yelizaveta Mukasey oğlu sovet və rus rejisoru Anatoli Mixayloviç Mukaseydir. Gəlini aktrisa və rejissor Svetlana Sergeyevna Drujininadır. Nəvəsi operator Mixail Anatolyeviç Mukaseydir.

Yelizaveta Mukasey 19 sentyabr 2009-cu ildə Moskvada vəfat edir. Xovan qəbiristanlığında əri ilə birlikdə dəfn edilmişdir . Mükafatları Yelizaveta İvanovna Mukasey dövlət təhlükəsizliyinin fəxri işçisi idi. Xidməti və yüksək nailiyyətlərinə görə orden və medallarla, o cümlədən "Hərbi xidmətə görə" medalı, habelə Aleksandr Nevskinin ordeni ilə təltif olunur. O, Rusiya Federasiyasının təhlükəsizliyinin təmin olunmasında göstərdiyi böyük xidmətlərinə görə ona verilən Yuri Andropov mükafatı laureatıdır. Mənbə

Легендарная разведчица-нелегал Елизавета Мукасей скончалась в Москве İstinadlar

Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ pedaqoqları Kateqoriya:Dövlət təhlükəsizliyinin fəxri işçiləri