907-ci düzəliş və ya 907-ci maddəBalamirzə Məmmədli. “Azadlığı müdafiə aktı”na 907-ci düzəlişin səbəblərinin tarixşünaslığı. // Tarix və onun problemləri, № 2, 2026, s.166-173.Bircə Bayramova. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində “907-ci maddə” həll olunmamış problem kimi // Tarix və onun problemləri, №3, 2011, s.188-192. () — 1992-ci ildə ABŞ Konqresi tərəfindən "Azadlığı müdafiə aktı"a əlavə edilən və Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını qadağan edən qanunvericilik aktı. Geniş qəbul edilmiş fikrə görə, erməni lobbisinin təşəbbüsü ilə qəbul edilmişdir. Lakin tarixşünaslıqda digər səbəblərə də diqqət yetirilir. Bu qadağa Azərbaycanı iqtisadi və siyasi sabitliyi asanlaşdırmaq üçün ABŞ hökumətindən birbaşa yardım almayan yeganə postsovet dövlətinə çevirmişdir.U.S Public Law No: 102-511

2001-ci ildən etibarən hər il ABŞ prezidentləri tərəfindən tətbiqi dayandırılır.907-ci düzəliş: ABŞ-ın şantaj aləti, yoxsa hərbi yardım

Qəbul edilməsi Düzəliş ilk dəfə 1992-ci ildə Azərbaycan tərəfindən Dağlıq Qarabağın "işğalı" və Ermənistana qarşı blokadasını dayandırmaq məqsədilə senator Con Makkeyn tərəfindən təklif edilmişdir, ancaq daha sonra naməlum səbəblərə görə geri qaytarılmışdır. Bundan sonra, yenidən, senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqressmen Veyn Ovens tərəfindən konqresdə irəli sürülmüşdür. Senator Riçard Luqar düzəlişin qəbul edilməsinin əleyhinə çıxış etmişdir. Buna baxmayaraq, düzəliş Konqres tərəfindən qəbul edilmişdir.

Bu əlavə ilə Azərbaycan Dövləti Amerika hökumətinin keçmiş sovet respublikalarına göstərdiyi yardımından yeganə olaraq xaric edilmişdir. Bütün bunlar o vaxt baş verirdi ki, o zaman heç ABŞ-də Azərbaycanın səfirliyi fəaliyyət göstərmirdi.

O zaman senator olan ABŞ prezidenti Cozef Bayden düzəlişin qəbulunda fəal rol oynamış və dəfələrlə onun ləğv edilməsinə qarşı çıxış etmişdir.

2001-ci ildə 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti vermişdir.

Fəaliyyətinin dayandırılması 2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Senatı 24 oktyabr 2001-ci ildə akta ABŞ Prezidentinə 907-ci düzəlişin tətbiqindən imtina etmək imkanını təmin edən düzəlişi qəbul etmişdir. ABŞ prezidentləri həmin tarixdən etibarən düzəlişin tətbiqindən imtina etsələr də, 2023-cü ildə qəbul edilən "Ermənistanı müdafiə aktı" çərçivəsində 2024-2025-ci illərdə ABŞ Prezidentinin bu aktın tətbiqini dayandırmaq səlahiyyəti də ləğv edildi.

8 avqust 2025-ci il Azərbaycan, ABŞ, Ermənistan liderlərinin üçtərəfli görüşü zamanı düzəlişin tətbiqinin ABŞ prezidenti tərəfindən növbəti dəfə dayandırıldığı elan edilmişdir.

Düzəlişin mətni MADDƏ 907. AZƏRBAYCANA YARDIM GÖSTƏRİLMƏSİNİN QADAĞAN EDİLMƏSİ

(A) QADAĞA – Prezident Azərbaycan Hökumətinin Ermənistana və Dağlıq Qarabağa qarşı blokadasının və digər güc tətbiqin aradan qaldırılması üçün addımların atdığını müəyyən etməsə və bu haqda Konqresə məruzə etməsə, Azərbaycan Hökumətinə ABŞ tərəfindən bu və ya digər qanunlarla nəzərdə tutulmuş yardım göstərilə bilməz.

(B) QEYD – Prezident qadağanın tətbiq edilməsinin ABŞ-nin milli maraqlarına uyğun olmadığına dair qərara gəlsə və bu haqda Konqresə təqdimat versə, (a) bəndində göstərilən qadağa tətbiq edilməməlidir.

İstinadlar

Həmçinin bax Cekson-Venik düzəlişi

Xarici keçidlər Tomas Qoltsun 907-ci düzəlişin tarixi haqqında məqaləsi (ingilis dilində)

Kateqoriya:ABŞ–Azərbaycan münasibətləri Kateqoriya:Embarqolar